Nostradamus III Dünya müharibəsinin 2018-ci ildə olacağını yazıbmış - "27 il davam edəcək"

Nostradamus III Dünya müharibəsinin 2018-ci ildə olacağını yazıbmış -

Nostradamusun "Les Propheties” kitabında ən diqqət çəkən məqamlardan biri də III Dünya Müharibəsi ilə bağlı verilən proqnoz olub. Müəllif kitabında 2018-ci ildə bu müharibənin başlanmasına işartı olacaq hadisələr haqda yazıb.
 
Nostradamus kitabında müharibənin Fransa və Almaniya tərəfindən başlanacağını proqnozlaşdırıb:
 
"Dünyanın iki böyük gücü arasında başlanan savaş 27 il davam edəcək. Zənginlər öləcək, ölənlər isə diriləcək. Bu müharibə xüsusən də ABŞ-da böyük fəlakətlərə yol açacaq. ABŞ-ın qərbində böyük bir zəlzələ olacaq və bu çoxsaylı insan tələfatına səbəb olacaq”.

Bəziləri Nostradamusun bu proqnozlarına qarşı olaraq Çin, Rusiya, Şimali Koreya ittifaqı ilə ABŞ arasında böyük savaşın başlayacağını bildiriblər:

Nostradamus bu kitabında həmçinin İtaliyadakı Vezüv Yanardağının partlayacağını, nəticədə 6 min nəfərin dünyasını dəyişəcəyini bildirib.  

Bundan başqa Nostradamus səmada bir cismin parlayacağını, onun da fəlakətə səbəb olacağını proqnozlaşdırıb.
 
Nigar
Sfera.az
Tarix: 27-03-2018, 17:29
Xəbəri paylaş





Xəbər lenti