Ermənistan parlamenti Serj Sərkisyana ev və ömürlük pensiya ayırdı


Aprelin 9-da prezident səlahiyyətləri rəsmən başa çatacaq Serj Sərkisyanla bağlı Ermənistan parlamentində qapalı müzakirələr olub. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, müzakirələrin yekununda S.Sərkisyanın eks-prezident kimi təminatı məsələlərinə baxılıb.

Belə ki, 2008-ci ilin martında qan tökməklə prezident kürsüsünə yiyələnən Sərkisyan 10 il sonra qan tökmədiyinə görə mükafatlandırılıb. Belə ki, ona hökumətin büdcəsi ilə tikilmiş ev veriləcək. Hansı ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da bu tip evlərdən birində yaşayır. Bundan əlavə, S.Sərkisyan prezident maaşının 70 faizi miqdarında ömürlük pensiya ilə də təmin olunacaq. Hazırda bu vəsaitin miqdarı 924 erməni dramı - 1930 dollardır.

Belə görünür ki, S.Sərkisyanı Ermənistanın növbəti baş naziri kimi görmürlər. Hər halda müşahidələr bunu deməyə əsas verir.


Tarix: 29-03-2018, 15:30
Xəbəri paylaş





Xəbər lenti