Moskva məhkəməsi "Şakro Molodoy" və "İtalyan" ləqəbli "qanuni oğru"lara ağır cəza verib


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Şakro Molodoy" 9 il 9 ay azadlıqdan məhrum edilib. 

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. "İtalyan"a isə 8 il 9 ay həbs cəzası verilib. Hər iki şəxs başqasının əmlakını zorla ələ keçirməkdə ittiham olunublar.

Onlarla birlikdə mühakimə olunan 9 nəfər isə 7 il 4 aydan 9 il 4 ayadək azadlıqdan məhrum ediliblər. Onlardan heç biri məhkəmədə özlərini günahkar saymayıblar.

Məhkəmənin təqsirləndirilən şəxslərə verdiyi cəza prokurorun istədiyindən bir qədər az olub.

Qeyd edək ki, iş üzrə zərərçəkənlər kimi "Elements" restoranının direktoru Janna Kim və sahibkar Lev Qaramov tanınıb.

Rusiya paytaxtı Moskvanın Nikulinsk Məhkəməsində "qanuni oğru"lar Zaxari Kalaşov ("Şakro Molodoy") və onun ən yaxın silahdaşı sayılan Andrey Koçuykova (ləqəbi "İtalyan") hökm oxunub.
Tarix: 29-03-2018, 17:06
Xəbəri paylaş





Xəbər lenti