Menbiçdən şok görüntülər: Əli silahlı YPG-lilər... (FOTO)







Türkiyənin Afrindən sonrakı əməliyyat üçün siqnal verdiyi mahala gedən "Associated Press" (AP) xəbər agentliyi şəxsiyyət yoxlaması aparan terroristləri görüntüləyib.

Moderator.az xəbər verir ki, agentliyin yaydığı fotolarda əlləri silahlı terrorçuların Menbiç şəhəri içində AP müxbirinə poz verdiyi görünür. Bir nəzarət bölgəsində isə əli silahlı YPG-li terrorçu gözləyir.

Qeyd edək ki,Afrini "Zeytin Dalı" hərəkatı ilə YPG-li terrorçulardan təmizləyən Türkiyə, növbəti hədəfinin Menbiç olcağını dəfələrlə elan edib.

Xarici işlər naziri Mövlut Çavuşoğlu, YPG-lilərin Menbiçdən çıxması üçün Türkiyə və ABŞ-ın ortaq bir fikrə gəldiyini söyləyib.

Xarici işlər nazirliyinin məsləhətçisi Ümit Yalçın, səhər Vaşinqtonda amerikalı həmsöhbətləri ilə Menbiçi müzakirə edəcəkdir.

Məlumat üçün bildirək ki, YPG-lilər digər terror təşkilatı İŞİD-in şəhərdən çıxarılması ilə Menbiçə yerləşdilər və Vaşinqtonun dəfələrlə söz verməsinə baxmayaraq,Fırat çayının şərqinə çəkilmədilər.






Tarix: 30-03-2018, 09:17
Xəbəri paylaş





Xəbər lenti