Britaniya Putinin “casus yuvası”nı dağıtmağa hazırlaşır


Britaniya Rusiyanın Londondakı Ticarət Nümayəndəliyini bağlamaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Deyli Meyl” qəzeti yayıb. Rəsmi Londonun bununla öz diplomatlarının Rusiyadan çıxarılmasına cavab verməyi planlaşdırdığı bildirilir.

Britaniya bu idarəni “Rusiya casuslarının yuvası” hesab edir.

Qeyd edək ki, Britaniyanın addımına cavab olaraq, Rusiya dünən 23 ölkənin diplomatının qovulması haqqında qərar qəbul edib. Moskva bu diplomatlara ölkəni tərk etmələri üçün 48 saat vaxt verib.

Tarix: 31-03-2018, 20:29
Xəbəri paylaş





Xəbər lenti