“Hər pisliyin anası faizdir, faizi endirməyən banklar qarşılarında məni görəcəklər” – Ərdoğandan banklara sərt xəbərdarlıq


“Hər pisliyin anası faizdir, faizi endirməyən banklar qarşılarında məni görəcəklər” – Ərdoğandan banklara sərt xəbərdarlıq

“Faizi endirməyən banklar qarşılarında məni görəcəklər, bura dövlət bankları da aiddir.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatından danışarkən deyib. Ərdoğan banklardan faizləri endirməyi tələb edib.

Birləri çıxıb qəribə qəribə danışır, “diqqətli olmaq lazımdır” deyirlər. Əlbəttə ehtiyatlı olacaqsan. Amma öz ayağına da güllə vura bilməzsən. Bu faiz bəlasından Türkiyəni xilas edəcəyik, faizi aşağı endirib inflyasiyadan qurtaracağıq. İnflyasiyanın anası da, atası da faizdir. Bunu bilməyənlər bilsin. Bunun əksini etməyi çalışanlar da qarşılarında məni görəcəklər. İqtisadiyyatda hər pisliyin anası faizdir. Kasıbı daha kasıb, zəngini daha zəngin edər. Bunun da lobbisi maliyyə qurumlarıdır. Açıq deyirəm, dövlətin bankları da bunun içindədir. Bunu gec-tez həll edəcəyik”-Ərdoğan belə deyib.

Tarix: 31-03-2018, 22:22
Xəbəri paylaş





Xəbər lenti