ABŞ-ın SURİYANI BÖLMƏK ÜÇÜN MƏXFİ PLANI:“Türkiyə-Suriya müharibəsi törətmək, İranı bölgədən qovmaq, Rusiyanı razı salmaq...” – TƏHLİL



Nazanin Armanian

Publico.es (İspaniya), 2018


Vaşinqton, 11 yanvar 2018-ci il, məsələ – “Suriyanın bölünməsi üzrə addımlar”. İlk toplantıya qatılıblar: öz hökumətlərində Yaxın Şərq üzrə mütəxəssislər kimi yüksək post tutan amerikalı Devid Satterfild (keçmişdə İraq müharibəsi dönəmində Kondoliza Raysın baş müşaviri), britaniyalı Hyuc Kliri, fransız Jerom Bonnofant, iordaniyalı Nəvaf Təll və səudiyyəli Camal əl-Aqil… 

Bu xəbəri Livanın toplantının daha bir iştirakçısı və Britaniyanın ABŞ səfirliyinin Yaxın Şərq bölməsinə sorumlu Bencamin Normanın göndərdiyi 2018-ci il 12 yanvar tarixli məxfi diplomatik teleqrama istinad edən “əl-Əkbər” qəzeti fevralın 22-də dərc edib. Beş dövlətin təmsilçiləri yanvarın 23-də Parisdə yenidən toplaşıb və diqqəti “Əsədin kimyəvi silahı” mövzusundan daha yaxşı necə faydalanmağa və planı həyata keçirmək üçün BMT Baş katibinin Suriya üzrə özəl elçisi Staffan de Misturanı manipulyasiya etməyə yönəldiblər.

 

Suriyanın dağılması üzrə addımlar

 

– Suriyada durumun siyasi həllinə sıradakı iki üsulla mane olmaq: müharibəni uzatmaq, Fəratın şərq sahilində (“cihadçı” müttəfiqlərin sayəsində) ABŞ-ın hərbi mövqeyinin möhkəmlənməsinə zəmanət verərək – Devid Satterfildin toplantıda göstərdiyi kimi, bunun üçün hər il 4 milyon dollar ayrılacaq – və Suriya üzrə özəl elçi Staffan de Misturanı manipulyasiya etməklə BMT-dən faydalanmaq. Dəməşqin konfransdan çıxmasına mane olmaq qəsdilə ona “Cenevrə danışıqlarının gedişində siyasi prosesin aktivləşməsi” adlı qeyri-rəsmi sənəd göndəriləcək və bu qayda ilə Rusiya, İran və Türkiyənin yeritdiyi Soçi təşəbbüsləri neytrallaşdırılacaq. Bu arada Rusiya hərbçilərinin Afrindən çəkilməsinin bir şərti üsyançıların Soçidə iştirakına Ankara tərəfdən zəmanət və Fəratdan şərqə strateji şəhər İdlibin Dəməşqə qaytarılmasıydı.

– Suriyanı şərq-qərb oxu üzrə Moskva və Vaşinqtonun təsir zonaları arasındakı sərhədlərdən biri kimi Fərat çayı ilə bölmək. ABŞ müdafiə naziri Ceym Mettis rejim dəyişilməsə, Suriyanın bölünəcəyini nəzərdə tutmaqla bildirib: “Vahid Suriyada Əsədə yer yoxdur”. Əslində, Suriyanın şərqində Deyr-əz-Zorda fevralın 7-də ABŞ tərəfdən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə hücumun məqsədi “ərazini nişanlamaq” idi.

– Staffan de Misturanı Pentaqonun yaratdığı 1) general Reymond Tomaselin etirafına görə, Ankaranı sakitləşdirmək üçün və Cenevrə konfransına dəvət olunacaq kürdlərdən savayı türkmən və ərəbləri ehtiva edən Suriya Demokratik Qüvvələri (SDQ); 2) Əsəd hökuməti və 3) kürd Xalq Özünümüdafiə Dəstələrinə (YPG) Suriyanın şimali-şərqində neftlə zəngin Deyr-əz-Zordakı rayonları əhatə edəcək mini-muxtariyyətdən ibarət olan Suriyanın yeni siyasi strukturunu qəbul etməyə inandırmaq. Söhbət elə Obama hökumətinin ölkəni kürd-sünni, ərəb-sünni və ələvi ərəblər zonalarına bölməyi nəzərdə tutan “B planı”ndan gedir. ABŞ SDQ-nin BMT-də təmsilçiliyinin yaradılmasını dəstəkləyəcəkdi. Pentaqon Suriyadakı müttəfiqlərini “məşq və təchiz etmək” məqsədilə 2019-cu il üçün 550 milyon dollar tələb edib.

– Planı Rusiya üçün cəlbedici etmək üçün üsyançıların BMT TŞ-nın 2254 saylı qətnaməsində qeydə alınmış keçid hökumətinin yaradılması haqda tələbi rədd ediləcəkdi; Əsədə seçkilərə qatılmağa icazə verəcək, amma udmağına mane olmaqdan yana hər cür şərait və institutlar yaradılacaq.

– İranı Suriyadan qovmaq – bununla Mayk Pompeo, Tramp hökumətindəki yeni “qırğı” məşğul olacaq. Tillersonun varisi Türkiyə və İranı islamçı diktaturalar sayır.

Türkiyəni Suriya ilə müharibəyə təhrik etmək. Əslində, NATO Afrini işğal etməklə Hələbi mühasirəyə alır və Əsədə, Rusiyaya, İrana basqı edir. Bundan başqa, alyans Afrində suriyalı ərəb qaçqınları məskunlaşdıraraq Yuqoslaviya və İraqda edildiyi kimi orada  “monoetnik” bölgə yaratmaqla “demoqrafik mühəndisliyə” əl atmağı planlaşdırır.

… Kürdlərə müdafiə əvəzində Afrini Dəməşqə təslim etməyi təklif edən Moskva bilirdi ki, Amerikanın onlarla hərbi bazası və minlərlə ABŞ əsgərinin “müdafiə” və nəzarət etdiyi Rojava bunu edə bilməz. Rusiya bu cür mübadilə vasitəsilə taqətdən düşən Suriya ordusunu İdlib uğrunda ölümcül döyüşdən, hər iki şəhərin əhalisini isə daha böyük humanitar fəlakətdən xilas edib. Suriya hərbçiləri İdlibdə Əbu-Duhur aeroportu üzərində nəzarəti məhz bu cür qaytarıblar. Təəccüblüdür ki, Noam Çomlu ABŞ, Rusiya və İrandan Ankaranın Afrini yeni Kobaniyə çevirməyinə imkan verməməyi xahiş edib. Yuqoslaviya və Liviya üslubunda daha bir “humanitar müdaxilə”? Xeyr, təşəkkürlər!

Avrasiyada ağalıq uğrunda savaş davam edir. Bu, sui-qəsd nəzəriyyəsi deyil. Sözügedən cənablar növbəti suveren dövləti aşırtmaq razılığına gəliblər. 

Tərcümə Strateq.az-ındır.

Tarix: 1-04-2018, 08:21
Xəbəri paylaş





Xəbər lenti