Prezidentinin oğlu xarici işlər nazirinin müavini təyin edildi - Varis zühur etdi...






Moderator.az RİA.Novosti agentliyinə istinadən xəbər verir ki, Türkmənistan prezidentinin oğlu Sərdar Berdımuhammedov xarici işlər nazirinin müavini təyin edilib.

Müvafiq qərarı prezident Qurbanqulu Berdımuhammedov imzalayıb.

Sərdar Berdımuhammedov 1981-ci ildə anadan olub. Niyazov adına Türkmənistan kənd təsərrüfatı universitetini mühəndis-texnoloq ixtisası üzrə bitirib. 2008-2011 illərdə o Rusiya XİN –in Diplomatiya akademiyasında oxuyub və beynəlxalq əlaqələr mütəxəssisi ixtisasına yiyələnib. 2011-2013 illərdə isə Cenevrədə təhlükəsizlik siyasəti Mərkəzində oxuyub və Avropa və beynəlxalq təhlükəsizlik mütəxəssisi ixtisası alıb.

25 martda keçirilən seçkilərdə o ölkə məclisinin deputatı seçilib.
Tarix: 1-04-2018, 09:27
Xəbəri paylaş





Xəbər lenti