Tramp Meksikanı hədələdi: “Divar hörmək lazımdır”


ABŞ prezidenti Donald Tramp Meksikadan narkotik və qeyri-leqal miqrant axınını dayandırmaq üçün tədbirlər görməyi tələb edib, əks halda Şimali Amerika Azad Ticarət Zonası haqqında sazişin (NAFTA) sona çatacağını bəyan edib.

TASS xəbər verir ki, D.Tramp "Twitter" hesabında yazıb ki, Meksika qeyri-qanuni miqrantların öncə cənub sərhədlərindən bu ölkəyə daxil olmasının, daha sonra isə ABŞ-a keçməsinin qarşısını almaq üçün çox az iş görür, yaxud heç bir iş görmür.

D.Tramp Meksikanın ABŞ-ın "axmaq miqrasiya qanunvericiliyi"nə güldüyünü vurğulayıb: "Meksika bu böyük narkotik və qeyri-qanuni miqrant axınının qarşısını almalıdır. Ya da mən NAFTA-ya son qoyacam. Divar hörmək lazımdır!".

Qeyd edək ki, Kanada, ABŞ və Meksika Şimali Amerika Azad Ticarət Zonası haqqında saziş 1992-ci ildə imzalanıb və 1994-cü ildə qüvvəyə minib.


Mexico is doing very little, if not NOTHING, at stopping people from flowing into Mexico through their Southern Border, and then into the U.S. They laugh at our dumb immigration laws. They must stop the big drug and people flows, or I will stop their cash cow, NAFTA. NEED WALL!




Tarix: 1-04-2018, 21:16
Xəbəri paylaş





Xəbər lenti