Tramp geri çəkilir – ABŞ-ın yeni Suriya PLANI


Tramp geri çəkilir – ABŞ-ın yeni Suriya PLANI

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev Suriyaya 2 minlik yeni qüvvənin göndərilməsini müzakirə edir.

Publika.az xəbər verir ki, CNN-nin Pentaqon üzrə müxbiri Barbara Star ordudakı mənbələrinə istinadən bildirib.

Məsələ bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasında gündəmə gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Suriyadan tezliklə çəkiləcəyini bildirib. Lakin Dövlət Departamenti mövzu ilə əlaqədar məlumat olmadığını açıqlayıb. KİV-in yazdığına görə, Trampın bəyanatı Pentaqonda çaşqınlıq yaradıb.

Ömər Dağlı

Tarix: 3-04-2018, 22:07
Xəbəri paylaş





Xəbər lenti