İran türk dünyasına yaxınlaşır – Tehranı buna sövq edən səbəblər...


Elxan Şahinoğlu: “İran dünyaya açılmaq və beynəlxalq aləmin tərkib hissəsi olmaq istəyirsə...”; Elşən Mustafayev: “Bu yaxınlaşmada ən çox maraqlı tərəf İrandır”

Son günlərdə cənub qonşumuz İranın türk dövlətləri ilə əlaqələrini genişləndirmək siyasəti yürütdüyü açıq görünür. Əvvəlcə martın 27-də Türkmənistana səfər edən İran prezidenti Həsən Ruhani ardınca Azərbaycana gəldi. Son olaraq da, H.Ruhani Rusiya prezidenti Vladimir Putinlə eyni gündə qardaş Türkiyəyə səfər etdi və aprelin 4-də Türkiyə, Rusiya və İran rəhbərlərinin üçtərəfli görüşü baş tutdu.

Ekspertlər İranın türk dünyasına yaxınlaşmasına əsas səbəb kimi Amerika faktorunu önə çəkirlər. ABŞ başda olmaqla, Qərb ölkələrinin rəsmi Tehrana artan təzyiqlərinin cənub qonşumuzu türk dövlətlərinə yaxınlaşdırdığı qeyd olunur. İraq və Suriyada Türkiyə ilə eyni mövqedə dayanmaqla rəsmi Tehranın türk dünyası ilə münasibətlərini  saxladığı və son günlərdə isə, bu münasibətləri daha da yaxşılaşdırmaq üçün hərəkətə keçdiyi bildirilir. Mövcud situasiyanın ən çox Azərbaycanın xeyrinə olduğu bildirilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın əlaqələrini genişləndirməyə məcbur olduğunu düşünür: “İran türk dünyası ilə əlaqələrini genişləndirməyə məcburdur, başqa alternativi yoxdur. Bunun bir neçə səbəbi var. Birincisi, İran ABŞ-ın sanksiyalarından qurtulmaq istəyir. Vaşinqton İrana qarşı tətbiq etdiyi sanksiyalar vasitəsilə bu ölkənin iqtisadi imkanlarını məhdudlaşdırmağa çalışır. Ona görə də İran qonşu Türkmənistan, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirmək məcburiyyətindədir. İrana heç bir dövlət yatırım qoymur. Ancaq Azərbaycan İrana 500 milyon dollar yatırım qoyub ki, Astara-Rəşt dəmir yolu qısa zamanda tikilsin. İranın Türkiyə ilə əlaqələrini həm də Suriya mövzusu yaxınlaşdırır. İqtisadi əlaqələr siyasi yaxınlığı da diktə edir. Məsələn, əgər Azərbaycan İrana böyük yatırım qoyubsa, iki ölkə arasındakı münasibətlər istər-istəməz inkişaf etməli, siyasi müstəvidə də suallar ortadan qaldırılmalıdır.

QÉrb Universitetinin TÉtbiqi Politologiya MÉrkÉzinin rÉhbÉri Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Bu o deməkdir ki, gələcəkdə Tehran gərək Ermənistan siyasətinə göz gəzdirsin. Həsən Ruhani İran üçün şansdır. Ancaq bu şansdan Həsən Ruhani də istifadə etməlidir. Ruhani ikinci müddətdir prezidentdir, islahatları üçün zamanı getdikcə azalır. Bu baxımdan İranda insanların və müxtəlif millətlərin haqlarının artırılması istiqamətində müəyyən addımların atılmasına ehtiyac var, qadınlar da daha çox azadlıq tələb etməyə başlayıblar. Əlbəttə dini rəhbərlik islahatları və dəyişiklikləri asanlıqla həzm etmir, ancaq İran dünyaya açılmaq və beynəlxalq aləmin tərkib hissəsi olmaq istəyirsə, daxilində ciddi dəyişikliklərə getməlidir. Azərbaycan İranın daxili işlərinə qarışmır, ancaq istəyir ki, Azərbaycan torpaqlarının işğalını diqqəti alaraq Ermənistana açıq desin ki, torpaqları boşaldın. İrana Ermənistan investisiya qoymur, buna onun imkanı da yoxdur. İranın əsas tərəfdaşı Azərbaycan olmalıdır”.

ElÅÉn Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev fərqli düşünür. O hesab edir ki, bu səfərlər İranın türk dünyası ilə yaxınlaşmaq anlamına gəlməməlidir: “İran rəhbərliyinin Türkmənistana, Azərbaycana, indi isə Türkiyəyə səfərini türk dünyası ilə yaxınlaşmaq istəyi ilə əlaqələndirmirəm. Xüsusilə Türkiyə səfəri tamam fərqli məqsədlərə xidmət edir. Bu gün Türkiyədə olacaq görüş Azərbaycan, Türkmənistan səfərlərindən fərqli olaraq sırf strateji maraqlarla və regiondakı mövcud vəziyyətlə bağlıdır. Hal hazırda Rusiya ABŞ -la və Avropa İttifaqı ilə gərgin münasibətlərdədir, faktiki soyuq müharibə gedir. Eyni zamanda yaxın vaxtlarda Trampın İranın nüvə proqramları ilə bağlı yeni qərarlar alacağı gözlənilir , Türkiyə ilə də 2015 çevrilişinə cəhddən və Suriya siyasətindən dolayı problem yaşanır. Görünən siyasi mənzərədə 3 dövlətin rəhbərlərinin görüşü, problemləri müzakirə etmələri və nəticə olaraq ortaq maraqların razılaşdırımasından sonra birgə addım atmağa hesablanıb.. Yəni bu görüşün və yaxınlaşmanın baş tutmasına vadar edən səbəb hər 3 dövlətin ABŞ-la yaşadığı münasibətlərdir. Hesab edirəm ki, regiondakı vəziyyətlə bağlı bu 3 dövlətin birgə fəaliyyəti artıq xeyli vaxtdır ki başlayıb. Türkiyənin Afrin əməliyyatlarına İranın təpki verməməsi, Rusiyanın məsləhəti ilə həmin əməliyyatlara Əsəd rejiminin seyrçi qalması da məhz bu razılaşmaların olmasından xəbər verir. Əvvəldən də proqnozlaşdırıldığı kimi İran dünyada təklənməmək üçün tək Rusiya ilə yox, həm də Türkiyə ilə yaxınlaşmağa məcburdur.

Sadəcə bir neçə il bundan öncəyə qədər bu mümkün deyildisə, bu gün artıq regoindakı proseslər bu yaxınlaşmanı labüd edir. Ruhaninin Türkiyə səfəri zamanı üçtərəfli görüşlərdən öncə ikitərəfli görüşlər olacaq ki, orada razılaşdırılmış məsələlərdən asılı olaraq növbəti əməkdaşlıqlar davam edəcək. Bir sözlə bu əməkdaşlıq dini yox sırf strateji maraqlarla müşayiət olunacaq, gərginliklər səngiyənə qədər davam edəcək. Əgər vəziyyət daha gərgin nöqtəyə gəlib çıxarsa, hərbi əməkdaşlıqların inkişaf etməsi də mümkündür. Necə ki, artıq Rusiya S400 raket komplekslərini Türkiyəyə satmaqla bağlı qərarını verib. Ümumiyyətlə, bu yaxınlaşmada ən çox maraqlı tərəf İrandır. Dövlətlər arasında gərginliyin səviyyəsinə görə öndə Rusiya, sonra İran və nəhayət Türkiyədir. İran bilir ki, ABŞ Rusiya və Türkiyə ilə münasibətləri qaynar fazaya keçirməyə çəkinir . Amma İranla bağlı İraq variantını tətbiq edə bilər. Müttəfiqlik olacağı halda isə bunun baş verməsi çətin olacaq. Beynəlxalq təcrübəyə əsaslanaraq demək olar ki, hər 3 dövlətə olan basqılar davam edəcəksə, olan birlik daha da güclənə bilər və öz aralarında 100 illərlə formalaşan tarixi problemlər son sıraya qoyular. ABŞ-ın bu dövlətlərin hər hansı biri ilə münasibətləri bərpa edəcəyi halda isə tamam başqa vəziyyətin şahidi ola bilərik”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 4-04-2018, 23:24
Xəbəri paylaş





Xəbər lenti