Rusiya “öldürdüyü” terrorçunun gizləndiyi yeri açıqladı


İŞİD lideri Əbubəkr Bağdadi İraqda gizlənir.

Axar.az xəbər verir ki, bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov deyib.

“Bağdadi Suriyada gizlənmir. Böyük ehtimalla, o, İraqdadır. Dəqiq yeri haqqında hələlik məlumat yoxdur. Onun “ovuyla” çox ölkənin xüsusi xidmət orqanı məşğul olur”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə rəsmi şəkildə Bağdadini öldürdüyü haqqında informasiya yaysa da, sonradan bu məlumatı təkzib etmək məcburiyyətində qalmışdı.

Tarix: 5-04-2018, 23:22
Xəbəri paylaş





Xəbər lenti