Vəliəhd: Fələstinlə barışın, qapılarımızı üzünüzə açaq


İsraillə barışmağımıza hazırda mane olan əsas məsələ Fələstin-İsrail konfliktidir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın “Taym” jurnalına müsahibəsində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman deyib.

“Bizim ümumi düşmənimiz var. Digər tərəfdən, iqtisadi əməkdaşlığımız üçün potensialı olan çoxlu bölgələrimiz mövcuddur. Bizim Fələstin məsələsi həll edilənə qədər İsraillə heç bir münasibətimiz ola bilməz. Ona görə ki, hər iki xalq yaşamaq və mövcud olmaq haqqına sahibdir. Sözsüz ki, bu iki tərəf barışdığı günün sabahısı bizim İsraillə yaxşı münasibətlərimiz olacaq. Bundan yalnız hər kəs udacaq”, – deyə o bildirb.

Qeyd edək ki, Məhəmməd bin Salman bundan öncə “Atlantik” jurnalına müsahibəsində İsrailin dövlət kimi mövcudluq haqqına sahib olduğunu bildirmişdi.

Tarix: 6-04-2018, 14:27
Xəbəri paylaş





Xəbər lenti