ABŞ S-400-lərdən imtina etməsi üçün Türkiyəyə hansı təklifi edib?


ABŞ S-400-lərdən imtina etməsi üçün Türkiyəyə hansı təklifi edib?

Türkiyəni Rusiyadan S-400 zenit-raket sistemi almaqdan çəkindirən ABŞ hakimiyyətinin Ankaraya sürpriz təklif etdiyi məlum olub.

Avropa.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin siyasi və hərbi münasibətlər məsələlər üzrə müavininin vəkili səfir Tina Kaydanov keçə həftə Ankaraya gəlmişdi. Kaydanov Türkiyəyə cazibədar təkliflə gəldiyini desə də, detalları açıqlamamışdı.

Kaydanov “Patriot” müdafiə sistemini Türkiyəyə “yenilənmiş qiymətlə” satmaqla yanaşı, raket sisteminin birgə istehsalı və inkişaf etdirilməsi metodlarını ehtiva edən niyyət memorandumu təklif edib.

“Türkiyənin hava müdafiəsini inkişaf etdirmək istəyini anlayırıq və təqdir edirik. Ancaq bütün NATO ölkələrinin NATO sistemləri ilə işləyə bilən hərbi təchizata lazım olması lazımdır. Bir rus sistemi bu standartı əvəz edə bilməz. Bu silah alışı NATO-nun Varşava sammitində Rusiya silahlarının alınması ilə bağlı qəbul etdiyi qərara da ziddir” – Kaydanov belə deyib.

Amerikalı rəsmi Türkiyənin Rusiyadan silah alması ilə bağlı sanksiyalarla hədələyərək, Türkiyə hökumətinə təzyiq göstərməyə davam etdiklərini bildirib.

Tarix: 6-04-2018, 15:06
Xəbəri paylaş





Xəbər lenti