Türk ordusu başına 1 milyon qoyulan terrorçunu məhv etdi


Türkiyənin Diyarbəkir vilayətinin Kulp mahalında təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində başına 1 milyon türk lirəsi mükafat qoyulan “Demhat Cilo” kod adlı PKK-çı məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Diyarbəkir valiliyi açıqlama yayıb.

Qeyd edək ki, sözügedən terrorçu 1 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun təşkilatçısı olaraq bilinirdi.

Tarix: 6-04-2018, 22:56
Xəbəri paylaş





Xəbər lenti