XİN: "Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək"




Rusiya ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

"Vaşinqtonun Moskva ilə sanksiya dilində danışmaq illüziyalarından qurtulmağının vaxtı çatıb. Əvvəllər də qeyd edildiyi kimi, heç bir təzyiq tədbirləri Rusiyanı seçdiyi yoldan döndərə bilməz. Sanksiyalar yalnız ABŞ-ın qarşısına qoyduğu məqsədə nail ola bilmədiyini nümayiş etdirir və Rusiya cəmiyyətini sıx birləşdirir", məlumatda deyilir.


Qeyd edək ki, bu gün ABŞ Rusiyanın 17 dövlət məmuru, 7 iş adamı və 12 şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib.

Tarix: 6-04-2018, 23:59
Xəbəri paylaş





Xəbər lenti