Sanksiyaya məruz qalan rus oliqarxlar - Trampın onlarla əlaqəsi varmı?


ABŞ mediası prezidentdən əl çəkmir

ABŞ prezidenti hər yerdə özünü dünyadakı ən bacarıqlı adamlarla əhatə etdiyini car çəkir. Lakin onun ətraıfnda olan insanlar arasında xüsusi subkateqoriya var - rusiyalı oliqraxlar”, - “Nyu York Deyli Nyus” qəzetindən Kristofer Brennan yazır.

Bu günlərdə CNN telekanalı Rusiyannn ABŞ-dakı siyasi proseslərə müdaxilələrini araşdıran xüsusi prokuror Robert Müllerin Nyu-York aeroportlarından birində 3 rusiyalı oliqarxı dindirməsindən bəhs edib. Telekanal həmin oliqarxların adlarını çəkməyib.

Lakin Rusiyanın RBK agentliyinin verdiyi məlumata əsaəsn, bu Mixail Proxorov, Roman Abramoviç və Viktor Vekselberqdir.
“Rusiyalı oliqraxların bəziləri Donald Trampı yaxşı tanıyır və onunla dərin əlaqələrə malikdir. Bunlardan biri də Azərbaycan əsilli milyarder Araz Ağalarovdur”, - məqalədə yazlıb.

Qəzetin yazdığına görə, Ağalarovların vəkili Skott Balber ailənin ABŞ-la bağlı hər hansı bir insidentdə rol oynamadığını bildirib.

Image result for araz aÄalarov tramp

“Ümumiyylətə, Araz Ağalarovun Rusiya hökuməti ilə Donald Trampın qərargahı arasında rol oynaması haqqında istənilən iddia gülünc və əsassızdır”, - Balber bəyan edib.

Lakin müəllifin verdiyi məlumata görə, ailənin ABŞ-dakı daşınmaz əmlaklarını satışa çıxarması xüsusi maraq doğurub. Belə ki, mətbuata Araz Ağalaorvun NyuYorkda 52-ci küçədə 2,8 milyon dollarlıq mənzili satdığı məlum olub. Balber bunun sırf biznes maraqlarından irəli gəldiyini bildirib.

Image result for Muxtar Ablyazov

“Flaotel” layihəsi adlanan həmin bina Tramplara, xüsusilə də kürəkəni Cared Kuşnerə bağlantıları“Chetrit Group” tərəfindən tikilib. Bu layhiədə qazaxıstanlı milyarderlər Muxtar Ablyazov və Viktor Xrapunovun da sərmayəsi var. Onların da Donald Trampla özəl iş və dostluq əlaqələrinə malik olduğu bilinir.

Image result for Viktor Xrapunov

Muxtar Ablyazov hazırda Fransada, Viktor Xrapunov isə İsveçrədə yaşayır.

Digər diqəti cəlb edən rus milyarderi Oleq Deripaskadır. Deripaskanın Donald Trampın seçki qərargahının keçmiş rəhbəri Pol Manafortla rəsmi ticarət münasibətləri olub. “Lakin Oleq Deripaska Trampın seçki qərargahı ilə hər hansı əlaqəsini inkar edir. Üstəlik o, pul kələyi gəldiyinə görə Pol Manafortu məhkəməyə verib”, - məqalədə yazılıb.

Image result for oleq deripaska

Bundan başqa, Donald Trampın rusiyalı iş adamı Dmitri Rıbolovlevə dəyərindən 13 miyon dollar bahalı, daha doğrusu, 125 milyon dollara ev satması mətbuatın diqqət mərkəzinə düşüb.

Bu arada belaruslu eskort xidmət göstərən qadın əlində rusiyalı oliqarxların ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı sübutlarının olduğunu bəyan eidb.

Image result for balıq nastya

“Nyu York Tayms” qəzetinin yaydığı məlumata əsasən, Taillanda həbs edilən Anastasiya Vaşukeviç Oleq Deripaska və rusiyalı nazir Sergey Prixodkonun 2016-cı ilin avqustunda özünün də olduğu yaxtada məhz ABŞ-dakı seçkiləri müzakirə etdiyini bildirib.

“Balıq Nastya” ləqəbli yüngül əxlaqlı qadın əlində hətta səsyazmaların mövcud olduğunu söyləyib.

Musavat.com

Tarix: 8-04-2018, 00:29
Xəbəri paylaş





Xəbər lenti