Rusiya ilə danışıqlar gedir, belə olsa, ordumuz... - Türkiyə


Türkiyə və Rusiya arasında Suriyanın Tel-Rıfat bölgəsi ilə bağlı müzakirələr aparılır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

O, YPG-çi terrorçuların şəhəri tərk edəcəyi halda hər hansı bir hərbi əməliyyata ehtiyac olmadığını bildirib.

Qalın həmçinin söyləyib ki, ABŞ Prezidenti Donald Trampın yaxın müddətdə Suriyadan geri çəkiləcəklərini, digərlərinin isə qalacaqlarını söyləməsi konkret cavab deyil.

Qeyd edək ki, Tramp bundan öncə, ABŞ ordusunun tezliklə Suriyadan çıxacağını açıqlamışdı.

Tarix: 8-04-2018, 08:56
Xəbəri paylaş





Xəbər lenti