Əsəd rejimi müxalifləri kimyəvi silahla vurdu, 80 dinc sakin öldü, yüzlərlə yaralı var –ABŞ-dan sərt reaksiya + FOTO, VİDEO



Suriya prezidenti Bəşər Əsədə bağlı olan ordu Şərqi Qutada müxalif döyüşçülərin son sığınacağı olan Duma bölgəsini  kimyəvi silahla vurub. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, kimyəvi silah tətbiqi nəticəsində ölən dinc sakinlərin sayı 80-ə çatıb, yüzlərlə mülki şəxs isə qazdan zəhərlənib.

Yayılan xəbər və videolara görə, ölən və yaralananlar arasında xeyli sayda azyaşlı uşaqlar da var.

Strateq.az xəbər verir ki, hadisədən dərhal sonra ABŞ Dövlət Departamenti bəyanat verib.

Bəyanatda kimyəvi silah tətbiq edilməsi ilə bağlı hadisələri yaxından təqib etdiklərini bildirən departamentin sözçüsü Hizer Noyert deyib ki, əgər bu dəhşətli xəbər rəsmən təsdiqlənərsə, o zaman bunun cavabı sərt şəkildə verilməlidir.

Departamentin başqa bir yüksək vəzifəli nümayəndəsi isə Əsəd rejiminin belə əmələ əl atmasında Rusiyanı ittiham edib: “Suriya rejiminin öz xalqına qarşı kimyəvi silah tətbiqi ortadadır. Daha əvvəl dediyimiz kimi, bu məsələdə əsas məsuliyyəti rejimi cəsarətləndirən Rusiya daşıyır”.

Tarix: 8-04-2018, 14:52
Xəbəri paylaş





Xəbər lenti