Putin Moskvanı alınmaz qalaya çevirir: S-400 alayı







Moskva və mərkəzi sənaye bölgəsinin hava hücumundan müdafiəsini S-400 sistemləri ilə təchiz olunmuş 5 alay təmin edir.

Bu barədə Rusiyanın Kosmik Hava Qüvvələrinin komandanı Sergey Surovikin danışıb.

“Moskva və ölkənin mərkəzi sənaye rayonunun hava hücumundan müdafiə vəzifəsinin həlli xüsusi təyinatlı hava və raket hücumundan müdafiə dəstələrinin birləşməsinə tapşırılıb”, - Surovikin deyib.

Surovikin S-400-lərin özlərini isə qısa mənzilli “Pantsir-S” zenit-raket komplekslərinin qoruduğunu qeyd edib.(axar.az)
Tarix: 8-04-2018, 21:12
Xəbəri paylaş





Xəbər lenti