Avropa Birliyindən Rusiya və İrana çağırış: “Əsədİ dayandırın” –Kimyəvi silah olayı böyüyür



Avropa Birliyi Bəşər Əsəd rejiminin Dumada kimyəvi hücum həyata keçirməsini sərt şəkildə qınayıb.

Məlumata görə, qurum hücuma görə Suriya hökumətinin məsuliyyət daşıdığını bildirib.

AB yaydığı açıqlamada beynəlxalq ictimaiyyəti hücuma cavab vermək üçün hərəkətə keçməyə çağırıb.

“Əsəd rejiminin tərəfdarları olan Rusiya və İran gələcək hücumların qarşısını almaq üçün öz nüfuzlarından istifadə etməlidirlər”, – açıqlamada deyilir.

Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilib/Axar.az.

Tarix: 8-04-2018, 23:33
Xəbəri paylaş





Xəbər lenti