Rus milyarderlər 2 günə 3 milyard itirdi


Yeni ABŞ sanksiyaları altına düşən rusiyalı biznesmenlər sanksiyalar tətbiq edildikdən sonra 3,3 milyard dollar itirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Forbes” jurnalı yayıb. Jurnal sanksiyalara məruz qalan milyarderlərin ümumi sərvətinin hazırda 32,5 milyard dollar təşkil etdiyini bildirib.

Ən böyük itkiyə Oleq Deripaska məruz qalıb. Deripaskanın sərvəti iki gün ərzində 1,3 milyard azalıb və 4 milyard dollara enib. “Renova”nın sahibi Viktor Vekselberq isə 956 milyon dollar itirib və sərvəti 13,6 milyard dollar olub.

Üçüncü yerdə Süleyman Kərimov qərarlaşıb. Kərimov iki gün ərzində 918 milyon dollar itirib.

Vaşinqtonun yeni sanksiyalarının Putinin eks-kürəkəni Kiril Şamalova nə qədər təsir etməsi isə bilinmir.

Qeyd edək ki, ABŞ bundan öncə 24 rusiyalı biznesmen və yüksək vəzifəli şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu siyahıda yer alanlardan yeddisi milyarder olub.

Tarix: 9-04-2018, 20:28
Xəbəri paylaş





Xəbər lenti