“ABŞ oranı bombalayacaq” - NATO-nun sabiq baş komandanı hədəfi ELAN ETDİ


“ABŞ oranı bombalayacaq” - NATO-nun sabiq baş komandanı hədəfi ELAN ETDİ

ABŞ Suriyanın helikopter bazasını bombardman edə bilər.

Publika.az xəbər verir ki, bunu NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı, general Uesli Klark CNN telekanalına bildirib.

“Təcili cavab ondan ibarət ola bilər ki, ABŞ Suriyanın helikopterlər bazasına zərbələr endirsin”, - o deyib.

General qeyd etdi ki, indiki halda güc variantından başqa, heç bir başqa variant mümkün deyil.

Qeyd edək ki, bu gün T-4 hərbi hava bazası raket hücumuna məruz qalıb. Suriyanın dövlət agentliyi olan SANA raket hücümunun ABŞ-ın təcavüzü olduğunu istisna etməsə də, Rusiyanın Müdafiə Nazirliyi aviazərbələrin İsrailin Hərbi Hava Qüvvələri tərəfindən endirildiyini açıqlayıb.

“İsrailin Hərbi Hava Qüvvələrinin iki F-15 təyyarəsi Suriyanın hava məkanına girmədən Livan ərazisindən səkkiz idarə olunan raketlə zərbəni endirib", - idarədən bildiriblər.

Rusiya hərbçilərinin məlumatına görə, 3 raket aerodromun qərb hissəsinə düşüb, daha 5-i isə Suriyanın Hava Hücumundan Müdafiə gücləri tərəfindən zərərsizləşdirilib.

“Fars” agentliyi xəbər verib ki, raket zərbələri nəticəsində 3 iranlı ölüb. Məlumata görə, raket zərbələrinin endirildiyi baza Şərqi Qutada kimyəvi hücumu həyata keçirən təyyarələr tərəfindən istifadə edilirdi. Bazada İran güclərinin olduğu bildirilir.

Ömər Dağlı

Tarix: 9-04-2018, 21:59
Xəbəri paylaş





Xəbər lenti