Putin zəif və təhqir olunmuş vəziyyətdədir - Çin mətbuatı







"Keçən yarım ay Putin üçün bu 20 ildə ən alçaldıcısı oldu."

Açığını deyək ki, Qərb və Rusiya KİV-ləri ilə müqayisədə Çin mətbuatını izləmək və maraqlı material tapmaq müəyyən qədər çətindir. Bu mənada Çinin “Veysin” nəşrində Qərb və Rusiya münasibətlərinə həsr olunmuş bu yazı diqqətimizi çəkdi və Moderator.az onu oxuculara təqdim etməyi məqsədəuyğun hesab edir.

“Putin üçün hakimiyyətdə olduğu bu 20 ildə keçən son yarım ay çox alçaldıcı oldu. Martın son 15 günü gərək sevindirici olaydı, axı Putin dünyanın hər yerindən təbriklər almalıydı. Amma, heç ağıla da gəlməzdi ki, qərb qonşuları bir-birinin ardınca Rusiyaya zərbələr endirəcək.

Bütün mümkün söyüş, tənələr və utimatumdan sonra başda Böyük Britaniya olmaqla qərb ölkələri Rusiya diölomatlarını çıxarmağa başladılar.

 79 diplomat qovulandan sonra, ABŞ birdəfəmə 60 Rusiya diplomatını ölkədən çıxarıb, Sietldəki RF Baş konsulluğunu da bağladı. 

Bunu bilmək vacibdir ki, soyuq müharibə dövründə qarşıdurmanın ən sərt vaxtlarında ABŞ-ın ən inadkar, fikrindən dönməyən prezidenti Ronald Reyqan Amerikadan cəmi 55 Rusiya diplomatını çıxarmışdı. Amma indi, bir Böyük Britaniyaya dəstək vermək naminə amerikalılar 60 diplomat çıxarıb, Sietldəki Baş konsulluğu bağlayırlar.

Hamısını bir yerə cəmləsək , qərb ölkələri 200-ə yaxın Rusiya diplomatını vətənlərinə göndərib. Rusiya üçün bu alçaldıcı göndərmələr-presedenti olmayan hadisədir.

The New York Times –ın jurnalistləri hesab edirlər ki, indiki situasiya – son bir neçə onillikdə Kreml və Qərb arasında olan konfliktin ən yüksək nöqtəsidir. Əslində SSRİ dağılandan sonra Rusiya və Qərb arasında bu qədər pis münasibətlər olmamışdı.

Rusiyalı diplomatlar çox bədbəxt görünürlər, belə təəssürat yaranır ki, onları zorla qovurlar. Amma,əgər sən Putinin adamını qovursansa, sən elə onun özünə şillə vurmuş olursan.

Necə ola bilər ki, Putin kimi ipə-sapa yatmayan bir adam bu cür təhqiri sinirə bilsin?

Baxmayaraq ki, bir nəfər meydanda hələ döyüşçü deyil və qəhrəman da çox şeydən qorxur, Putin mübarizə etməyi xoşlayır və Rusiya xeyli qərb ölkələri ilə üz-üzə dayanıb.

30 martda RF XİN 23 ölkənin diplomatik korpusunun rəhbərlərinə etiraz notası verdi.
Etiraz notasının mahiyyəti bu cürdür: Bu işi cavabsız buraxmaq ağılsızlıq olardı, siz bizim adamlarımızı çıxardınız və bununla da dalaşmağın başlanğıcını qoydunuz.

Üstəlik Rusiya ABŞ-ın da 60 dilomatını çıxarıb, Sankt –Peterburqdakı Baş konsulluğu bağladı
Sietl ABŞ üçün vacib şəhərdir, amma Sankt-Peterburq Rusiya üçün vacib olduğu qədər deyil. Və obrazlı dildə desək, “ağ ayı” heç vaxt “Sem dayı”dan qorxmayıb. 

Rusiya Böyük Britaniyaya əlavə zərbə vuraraq 23 diplomatdan başqa daha 50 diplomatı ölkədən göndərib. Səbəb kimi diplomatların sayının paritet olması göstərilib. Yəni, siz 23 Rusiya diplomatı çıxardınız? Biz 23+ 50 diplomat göndəririk, baxaq görək hansımız daha hirsliyik.

Konflikt dərinləşdikcə, bir o qədər də amansız olur. Putin aqressiv üzünü hələ tam göstərməyib. Ata-qız Skripalların zəhərlənməsi ilə başlanan bu böhranın futbol üzrə Dünya Çempionatı ərəfəsində baş verməsinin təsadüf olmadığını deyən Putin, birmənalı şəkildə Rusiyanın bu işdə əli olduğunu təkzib etdi.

Mübarizə davam edir və bir neçə sadə nəticələr çıxarmaq olar:

Birincisi, Qərb dünya müharibəsinə getməyəcək. Rusiya diplomatlarının kütləvi qovulması, Qərbin Putinə  nifrətinin təzahürüdür. Belə ehtimal etmək olar: neçə ki, Putin hakimiyyətdə olacaq, rusiyalı diplomatlar hələ çox qovulacaq. Qərb də öz növbəsində cavablar alacaq.

İkincisi, Putinə ancaq aqressiv hərəkət etmək lazımdır. Bütün ötən ili Rusiya üzdən çox sərt görünürdü, amma sonralar güzəştə getdi və geri çəkildi. Putin anlaya  bilmədi ki, prezident kreslosuna yenidən oturan kimi,  Qərb onu təhqir edəcək. Putinin kinliyi və ram olmamasını nəzərə alsaq, Qərb mütləq hər şeyə görə cavab verməli olacaq.

Üçüncüsü, bizi( Çini) süjetin dəyişməsi gözləyir. İndi Avropa və ABŞ müttəfiqliyi ümumi düşmənə-Putinə qarşı çevrilib. Putin mübarizəni davam etdirəcək və qaçılmaz olaraq “ şərqə baxacaq”-yəni Çinə.  Çinlə Rusiyanın münasibətləri birmənalı olaraq mülayimləşir. Çinin simasında arxa tərəfdən dəstək görən Rusiya daha inamla hərəkət edəcək, Çin isə Rusiyaya güvənərək ABŞ-ın təxribatlarından qorxmayacaq.

Soyuq müharibə dövründə SSRİ Çinin ən böyük düşməni idi. Ona görə də ABŞ Çinlə barışıq etdi və prezident Nikson Çinə səfər etdi. Amma, heç kəsin ağlına gəlməzdi ki, ABŞ-ın məcburiyyəti ilə Çin və Rusiya  ən yaşı dostlar olacaq. Bu, dünya miqyaslı “həm şaquli, həm üfiqi müttəfiqlikdir”!( şimaldan cənuba və qərbdən şərqə olan müttəfiqlik-   V-VIII əsrlərdə Çin diplomatlarının fəlsəfi elmi)
İndi, şübhəsiz Putin zəif və təhqir olunmuş vəziyyətdədir, ona görə də Çin Qərblə Rusiya arasında obyektiv neytrallığını saxlayır, amma daha çox Putinə tərəf əyilir. Bu amansız döyüşün Çinə aidiyyatı yoxdur, amma Rusiyanın dayağı olmasa Çinə pis ola bilər. 

Ona görə də, bərk dur, Putin! Sınaq zamanıdır.
Tarix: 10-04-2018, 00:22
Xəbəri paylaş





Xəbər lenti