“AST Telman”dan şifrəli mesajlar


Telman İsmayılov ittihamları rədd edir, 1 nəfərin yalan ifadəsi əsasında qardaşının həbs edildiyini deyir

Adı 2 sifarişli qətl işində təqsirləndirilən “AST”Şirkətlər Qrupunun təsisçisi Telman İsmayılov sükutu pozub. Aylarla davam edən susqunluqdan sonra “AST Telman”  yenidən gündəmə gəlib.

Oliqarx “Pravo.ru”ya verdiyi müsahibəsində çox maraqlı məqamlara toxunub, qardaşı Rafiq İsmayılovun Rusiyada həbsini sifarişli və uydurulmuş ittihamın nəticəsi hesab edir. Müsahibəsində siyasi sığınacaq üçün təkliflərin olduğunu, lakin həmin təklifləri qəbul etmədiyini qabardır. Bu məqamları nəzərə alan bəzi ekspertlər deyirlər ki, Telman İsmayılov açıqlamaları ilə ən azı hazırda Rusiya hakimiyyətinə qarşı olmadığını nümayiş etdirib. 

Eks oliqarxın harada olduğu açıqlanmır. Belə ehtimallar var ki, T.İsmayılov təqiblərdən qaçaraq Fransada məskunlaşıb. T.İsmayılov biznesini Rusiyadan Türkiyə ərazisinə keçirəndən sonra problemlər yaşamağa başlayıb. Rusiya ərazisində onun qardaşı Rafiq İsmayılovu sifarişli qətl işinə görə həbs ediblər.  Rafiq İsmayılova qarşı irəli sürülmüş ittihama əsasən o, Mehman Kərimov adlı killerə keçmiş ortağı Savkinin qətlini sifariş edib. Killer təsadüfən həmin gün biznesmenlə birlikdə olan dostu Brilyovu da onunla birlikdə güllələyib. Bu cinayət işinin istintaqı artıq başa çatıb və iş yaxın günlərdə məhkəmə baxışına daxil olacaq. Telman İsmayılovun özüdə bu iş üzrə beynəlxalq axtarışa verilib. O da qardaşı kimi 2 sifarişli qətldə, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda və digər ağır cinayətlərdə ittiham olunur. Barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib.

T.İsmayılov qardaşının işi üzrə aparılan istintaqdan narazı olduğunu deyib. Bildirib ki, istintaq başa çatsa da, onun qardaşını Mehman Kərimovla üzləşdirməyiblər. Halbuki bütün ittiham məhz Mehman Kərimovun istintaqa verdiyi ifadələrə əsaslanır. “Mehman Kərimovu məhkəməyə gətirməlidirlər. Çünki bütün ittiham onun yalan ifadələri üzərində qurulub. Qorxuram ki, onu məhkəməyə gətirməyəcəklər.  Onu aradan götürə bilərlər. Ona görə də hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu işə obyektiv, diqqətlə yanaşsınlar”- deyə keçmiş oliqarx bildirib.

Ä°lgili resim

O, “Niyə məhz indi müsahibə verməyi qərara aldınız” sualına belə cavab verib: “Çünki vaxtı çatıb və hansısa yolla özüm barədə bildirməliyəm ki, sağam, sağlamam və tam şüurlu vəziyyətdəyəm. Ümumiyyətlə, populizmi sevmirəm. Lakin indi məni KİV-lərdə o qədər lənətləyirlər ki, danışmağa məcburam. Mən isə bunu xoşlamıram. Müsahibə verməyi sevmirəm, çünki sonra özümə qulaq asanda bu mənim xoşuma gəlmir”.

Oliqarx “Siz indi barənizdəki cinayət işi haqda məqalələrdən danışırsınız” sualına “Bəli, qərara aldım ki, onlara reaksiya verəm. Çünki bu məqalələr həqiqətə uyğun deyil. Yalandır” cavabını verib. Əlavə edib ki, cinayət işində heç bir sübut yoxdur və ola da bilməz: “Hazırda həbsdə olan bir adamın yalan ifadələrindən başqa heç bir sübut yoxdur. O, mənim əleyhimə ifadə verib, çünki istintaqla əməkdaşlığa razı olub. Bundan başqa heç nə yoxdur və ola da bilməz. O, özünü xilas etməyə çalışır, əminəm ki, onu zorla həmin ifadəyə qol çəkməyə razı salıblar. Çünki sağlam düşüncəli adam yalan ifadənin altına imza ata bilməz. Mən bunu anlayıram. Onun ifadəsindən başqa heç nə yoxdur və ola da bilməzdi”.

T.İsmayılov müsahibə zamanı M.Kərimovla biznesmenlərin qətli barədə hər hansı müzakirə aparmadığını, ona belə sifariş vermədiyini də deyib. Bildirib ki, ona və qardaşına qarşı cinayət işini hüquq-mühafizə orqanlarındakı bəzi adamlar saxtalaşdırıblar. Və bu cinayət işinin yuxarıdan sifariş olduğuna inanmır.

Telman İsmayılov ile ilgili görsel sonucu

“KİV-lər yazmışdı ki, Siz hansısa kompromatları Fransa tərəfinə təqdim edərək əvəzində siyasi sığınacaq almaq istəyirsiniz. Doğrudan belə planlarınız var” sualına belə cavab verib: “Yox, mən heç bir sığınacaq barədə xahiş etmirəm. Siyasi sığınacaq nə deməkdir? Mənim buna nə vaxtım, nə istəyim var. Sadəcə olaraq, istəyirəm mənə obyektiv yanaşsınlar. Heç bilmirəm barəmdə qaldırdıqları işdə nə var, nə yox. Onlar qəsdən bunu edirlər, qəsdən məni küncə sıxırlar ki, siyasi sığınacaq istəyim”.

“Bəs onlar kimlərdir, Siz kimləri nəzərdə tutursunuz” sualına belə cavab verib: “İstintaq Komitəsi, müstəntiqlər. Onlar məni küncə sıxıblar, məcbur etmək istəyirlər ki, siyasi sığınacaq istəyim. Onlar səs-küy qaldırıblar. Heç nə olmadığı halda. Siz bunu televizorda, KİV-lərdə görmüsünüz. Lakin onlar buna nail olmayacaqlar, mən bacardığım qədər müdafiə olunacağam. Ümid edirəm ki, sonda ədalət qalib gələcək”.

T.İsmayılov bildirib ki, hazırda beynəlxalq ekspertlərlə işləyir, Rusiya ilə də işləməyə hazırdır. Habelə “yalan detektorundan” keçməyə də hazırdır ki, günahsızlığını sübut etsin.

ÅÉxsi killeri hesab olunan Mehman KÉrimov ile ilgili görsel sonucu

“Mən üzləşdirmə tələb edirəm, qoy mənim əleyhimə ifadə verənlərlə üzləşmə təşkil etsinlər. Qardaşımı həbs ediblər, amma üzləşdirmə keçirmirlər, istintaq eksperimentləri keçirmirlər. Niyə? Çünki istintaq anlaşıb, müqavilə bağlanıb” - T.İsmayılov deyib.

Xatırladaq ki, Moskva məhkəməsi biznesmen Telman İsmayılovun şəxsi killeri hesab olunan Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib. Krasnoqorsk şəhər məhkəməsi M.Kərimovu sahibkarlar Vladimir Savkinin və Yuri Brilyovun qətlində təqsirli bilib. Vladimir Savkinin və Yuri Brilyovun qətllərinin təşkilində şəxsən Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov ittiham olunur. O, ikiqat qətlin təşkilində ittiham üzrə qiyabi həbs olunub. İstintaqın versiyasına görə, İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkinin və “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brilyovun qətlinin planını öz qardaşları Rafiq və Vaqiflə birgə hazırlayıb.(“Yeni Müsavat”)


Tarix: 10-04-2018, 08:39
Xəbəri paylaş





Xəbər lenti