Suriyada hər kəs öz Leylisi üçün ağlayır –ABŞ-ın hərbi cavabı məhdud olacaq - TƏHLİL



Əli əl-Əmin

Arabic

 

Suriya ordusunun Hums şəhərindəki T4 hava bazasını hədəfə alan mərmilər Amerikaya deyil, İsrailə məxsus idi və Suriya rejiminin Dumada kimyəvi hücumuna cavab sayıla bilməz. Yerli və beynəlxalq hesabatlara əsasən, sarin qazından əvvəllər də istifadə edən Suriya rejimi, deyəsən, bu silaha görə hərbi cəzaya məruz qalacağına inanmır. Çünki 2012-ci ildən etibarən ən yaxşı ssenarisində təpkilər bəzi Suriya mövqelərinə məhdud hərbi zərblərlə tamamlanıb.

Suriya prezidenti Bəşər Əsəd haqqında ABŞ prezidenti Donald Trampın istifadə etdiyi “heyvan” sözü – Suriya rejiminin Amerika mövqeyindən gözlədiyi ən yaxşı şeydir. Doğrudur, kimyəvi silahların son vaxtlar istifadəsinə cavab olaraq Vaşinqtonun hərbi tədbirlər görə biləcəyinə dair eyhamlar var. Amma Trampın ABŞ-ın Suriyadan çıxacağı istiqamətində açıqlamasından sonra heç bir müşahidəçi Qərb koalisiyasının Əsəd və müttəfiqlərinə qarşı tədbir görəcəyini ciddiyə almır.

T4 hava limanına olan İsrail hava hücumu Dumada baş verənlərlə heç bir əlaqəsi olmayan, başqa bir kontekstə düşən bir inkişafdır. Suriya ordusunun bu hava limanında, bir çox hesabatlara əsasən, İran raket və dronları var.

Suriyalı aktivistlər İsrail təyyarələrinin Livan hava sahəsindən bir neçə raket atdığını təsdiqləyib və rəsmi hesabatlarda, Suriya ordusunun bir çox əsgərinin öldürüldüyü və yaralandığı söylənib.

Amerikanın mövqeyi – Suriyadakı hərbi iştirakçıları həll yolu tapmağa hədəfləyən strategiyadır.

Tramp ABŞ-ın vəzifəsinin – Suriyada İŞİD-in aradan qaldırmanın sona çatdığını iddia edib. ABŞ-ın bəzi hökumət rəsmiləri çəkilməni mübahisəli saysa da, burada ABŞ-ın strateji siyasətinin yoxluğuna baxmayaraq, məqsəd – Suriyada Rusiya və İranın hərbi rollarını məhdudlaşdırmaq naminə təzyiq göstərmədir.

Şərq Quta şəhərindəki döyüşlər, oradakı dağıntı və qırğınlar göstərir ki, ABŞ bu qanlı və hərbi rolla qarşı-qarşıya gəlməyi düşünmür və Suriya rejimi Şamın ətrafındakı müxalif ərazilərində nüfuzunu bərpa edərsə, Amerika öz maraqlarının təhlükə altında olacağına inanmır.

Amerikanın bu mövqeyi, Suriyada baş verən hadisələr rejim və onun beynəlxalq müttəfiqlərinin Suriya müxalifətini əzməyə imkan verəcək. Xüsusən rejimin nəzarəti altında olan ərazilərdə ABŞ-ın Əsədin müttəfiqlərinə maneə törətmək üçün heç bir şeyi yoxdur.

Vaşinqtonun edə biləcəyi şey rejimin kimyəvi silah istifadəsinə formal hərbi cavabdır.

Amma Şərq Quta şəhərində davam edən döyüşlər və dinc sakinlərə qarşı törədilən cinayətlər Amerika və beynəlxalq davranışlarda heç bir dəyişikliyə gətirib çıxarmır. ABŞ administrasiyasını narahat edən yeganə məsələ beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadədir.

Beləliklə, ABŞ-ın təpkisi əsasən məhdud hərbi cavab olacaq.

BMT-nin Təhlükəsizlik Şurasında Rusiyanın vetosu bu günə qədər Suriya rejimini cinayət cəzalandıra biləcək hər hansı beynəlxalq qətnamənin qəbul edilməsinə mane olub. Bu, böyük ölçüdə Əsəd rejiminin həyata keçirdiyi tədbirlərdə Rusiya və İranın birbaşa iştirakını təsdiq edir. Bir neçə ay əvvəl Fəratın şərq hissələrinə yaxınlaşdıqda ABŞ-ın maraqları aydın olub. Həmin gecə yüzlərlə rus əsgərini öldürülüb. Bundan bir neçə həftə əvvəl bu sahədə ABŞ-ın təsir dairəsinə yaxınlaşmağa çalışdıqları zaman onlarca İran və İraq milisi öldürmüşdü.

Suriyadakı faciə bilirsinizmi nədir?

Ərəb silahlı qüvvələrdən istifadə edilməməsi.

Suriyada iqtisadi və şəhər strukturunun sistematik şəkildə məhv olmasına ərəb sükutu.

Bu arada, demoqrafik dəyişiklik artıq gizli deyil.

Bununla yanaşı, İran və İsrail Rusiyanın nəzarəti altına keçir.

Bəlkə də son dövrdə İsrailin Hums şəhərinin hava limanına hücumu Suriya xalqına aid humanitar və siyasi düşüncələrdən kənara çıxan narahatlıqları göstərir.

Suriya-İsrail sərhədləri və Livanla sərhəddə sabitlik baxımından Rusiyaya güvənən İsrailin bu sabitliyi təhlükə altına almaq istəməməsi aydındır. Lakin Suriyadakı son hadisələr Suriyada təhlükəsizliyinə təhdid olaraq gördüyü yerlərə hərbi zərbələr endirmək imkanı verib. Bir neçə ay əvvəl Suriyada İsrail təyyarəsinin vurulmasına baxmayaraq, İsrailin Suriyadakı təhlükəsizliyinə təhlükə olduğunu düşünüb.

Bir sözlə, beynəlxalq birlik sadəcə olanların lal seyrçisidir. Əsəd dinc sakinləri qırır, İsrail təhlükəsizliyinin, Vaşinqton Şimali və Cənubi Suriyadakınüfuz zonaları ilə qayğılanır.

 

Tərcümə: Strateq.az

Tarix: 11-04-2018, 21:13
Xəbəri paylaş





Xəbər lenti