“Tramp impicment qaydasında uzaqlaşdırıla bilər” -ABŞ prezidenti yola salınır?



Zərdüşt Əlizdə: “Belə bir ehtimal mövcuddur”




Politoloq Zərdüşt Əlizadə Moderator.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın impicment qaydasında prezidentlikdən uzaqlaşdırma ehtimalını şərh edib.

Ekspertin sözlərinə görə, bu, noyabr ayında keçiriləcək seçkilərin nəticəsindən asılı olacaq:

“Bu ilin noyabr ayında aralıq seçkilədə Demokrat Partiyası Respublikaçılar Partiyasının senat və konqresdəki yerinin əksəriyyətini əlindən ala bilsə, Trampı impicment edib prezidentlikdən uzaqlaşdıracaqlar. Belə bir ehtimal mövcuddur. Trampın bu günə qədər verdiyi açıqlamalar, atdığı addımlar buna zəmin yaradıb. Odur ki, seçkilərin nəticəsi qeyd etdiyim kimi olarsa, bu, Trampın prezidentlik postundan uzaqlaşdırılması ilə nəticələnəcək”.

Seymur Əliyev
Tarix: 15-05-2018, 14:43
Xəbəri paylaş





Xəbər lenti