ABŞ prezidentinin seçilməsində müstəsna rolu olan yəhudi milyarder kimdir?


ABŞ prezidenti Donald Trampa səfirliyin Qüdsə köçürülməsi qərarını verməyə səbəb olan sirli yəhudi dünənki açılış mərasimində iştiak edib. Bu şəxs Amerikanın tanınmış kazino şəbəkələrinin sahibi Şeldon Adelsondur.

Avropa.info xarici KİVƏ-ə istinadən xəbər verir ki, Şeldon Amerikanın ən zəngin üç şəxsindən biri olmaqla yanaşı, dünya siyasətində də özünəməxsus rolu olan insanlardandır.

“Nyu-York Tayms” qəzeti hələ bir müddət öncə Trampın ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsində müstəsna xidməti olan şəxs kimi Şeldon Adelsonun olduğunu yazıb.

Ş.Adelson Donald Trampın və Benyamin Netanyahunun seçilməsində müstəsna rolu olan şəxslərdən biri hesab olunur. Bu şəxs eyni zamanda, dünyanın dörd bir yanından yəhudi gənclərin İsrailə səfərlərini təşkil edən “Birthright İsrael” (İsrailə getməyə haqq qazandıranlar) proqramına yüz milyon dollar bağışlayıb.

Bundan başqa, Qüdsdəki Holokost muzeyinə 25 milyon dollar, FİDF-ə 5,2 milyon dollar köçürüb.

Ş. Adelson Las-Veqasda yaşayır və Respublikaçılar Partiyasının qatı tərəfdarlarındandır. 2008-ci ilə məlumatına görə, onun sərvəti 26,5 milyard dollar həcmində olub və ABŞ-ın üçüncü ən zəngin adamı hesab olunub. 2018-ci ilin açıqlamalarına görə, isə ABŞ-n ən zəngin səkkizinci, dünyanın isə 16-cı iş adamıdır. Hazırda onun tam sərvəti barədə dəqiq bilgi yoxdur.

Tarix: 15-05-2018, 16:34
Xəbəri paylaş





Xəbər lenti