Fələstinli əlilin snayperlə vurulması BMT-ni dəhşətə gətirdi: “O, İsrailə nə qədər böyük təhlükə törədirdi?”


Fələstində müqavimətin simvoluna çevrilən Fadi Əbu Salah həyatını itirib.

Avropa.info xəbər verir ki, Fadi Abu Salahın şəkilini çəkən Reuters agentliyinin foto müxbiri İbrahim Əbu Mustafa, “Bu səhər ona salam verdim, günün sonunda adamı dəfn etdilər” yazıb.

Ağır silahlarla hücum edən İsrail əsgərlərinə əlil arabasında qarşılıq verməyə çalışan fotoşəkilləri ilə yaddaşlara həkk olunan 29 yaşındakı Fadi Əbu Salah, 2008-ci ildə İsrailin həyata keçirdiyi hava hücumunda iki ayağını itirib.

İsrailin fələstinlilərə tətbiq etdiyi deportasiya siyasəti öncəsi yurd-yuvasına qayıtmağı xəyal edən Salah,Fələstin xalqının müqavimətinə dəstək verib. Salah əlil olmasına baxmayaraq baxmayaraq, fələstinlilərin aksiyasına qatılıb. Arxasında qara tüstülər yüksələrkən şoran torpağın ortasında qalan Əbu Salahın, simvolik Fələstin sapandını yellədiyi an fotosu çəkilib. Əbu Salah bu kadr çəkildikdən qısa müddət sonra, bir İsrail əsgəri tərəfindən snayperlə öldürülüb.

FÉlÉstinli Fadi Æbu Salahın snayperlÉ vurularaq öldürülmÉsi BMT-ni dÉhÅÉtÉ gÉtirdi : âÄ°ki ayaÄı olmayan bir adam Ä°srailÉ nÉ qÉdÉr böyük tÉhlükÉ törÉdirdi?â

Əbu Salahın adı Birləşmiş Millətlər Təşkilatının gündəminə də düşüb. BMT-nin İnsan Haqları sözçüsü Rupert Colville Cenevrədə İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi qətliamı pisləyib. Əlil arabasında snayperlə vurularaq öldürülən Fadi Əbu Salahi xatırladan Colville, “İki ayağı da olmayan bir adam, İsrailə nə qədər böyük bir təhlükə törədə bilər” soruşub.

 

Tarix: 16-05-2018, 17:07
Xəbəri paylaş





Xəbər lenti