Əhalisi ən çox olan şəhərlər


BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti əhali hesabatı açıqlayıb. Novator.az bildirir ki, hesabata əsasən, dünya əhalisinin sayı 7,6 milyard nəfərdir, onların 55%-i şəhərlərdə yaşayır.

Ekspertlər hesab edir ki, 21-ci əsrin ortalarına qədər Yer kürəsində əhalinin sayı 9,8 milyard nəfərə çatarsa, şəhər əhalisi üzrə göstərici 68%-ə yüksələcək.

BMT-nin hesabatına əsasən, 2050-ci ilə qədər şəhər əhalisinin sayı 6,7 milyard nəfərə çatacaq.

Hazırda dünyanın ən nəhəng şəhəri 37 milyon insanın yaşadığı Yaponiya paytaxtı Tokiodur.

Əhali sayına görə nəhəng şəhərlərin sonrakı sıralaması belədir: Hindistanın paytaxtı Dehli (29 milyon insan), Çinin Şanxay şəhəri (26 milyon insan), Meksikanın paytaxtı Mexiko və Braziliya şəhəri San-Paulu (hər birində 22 milyon insan), Misirin paytaxtı Qahirə, Hindistanın şəhəri Mumbay, Çinin paytaxtı Pekin, Banqladeşin paytaxtı Dəkkə (hər birində 20 milyon insan).

Tarix: 17-05-2018, 14:34
Xəbəri paylaş





Xəbər lenti