“BU, MANYAKLIQ VƏ DƏLİLİKDİR...” - “Bütün bəşəriyyət onun ölümünü arzulayır”



Tanınmış rusiyalı jurnalist və publisist Aleksandr Nevzorov bildirib ki, hazırda bütün bəşəriyyəti bir arzu birləşdirir – Putinin ölümü.
“AzPolitika.info” xəbər verir ki, A.Nevzorov Təl-Əvivdəki çıxışında Putun hakimiyyyətini sərt tənqid edərək, onun Ukraynada hərbi cinayətlər və qətliam törətdiyini bildirib.
Məşhur jurnalist deyib ki, 80 ildən sonra bəşəriyyətin sivil kəsimi ilk dəfə bir nəfərin ölümünü arzulayır ki, bu da Rusiyaya hazırda rəhbərlik edən şəxsdir: “Milyonlarla, yüz milyonlarla insan səhər oyanıb, qəzet başlıqlarında bir xəbəri görmək istəyir – “Putin ölüb!””.
Bununla yanaşı, jurnalist qeyd edib ki, bəşəriyyətin bu arzusuna rəğmən, Putin sağdır və Ukraynaya gətirdiyi bəlalara baxmayaraq, özünü çox yaxşı hiss edir: “Bu məxluq özünü əla hiss edir. Bu da azmış, mətbuat katibi Peskovun dediyi kimi, onun emosional vəziyyəti stabildir. Baxmayaraq ki, onun əmrilə onminlərlə insan, o cümlədən uşaqlar, qocalar həlak olub, şəhərlər yer üzündən silinib. Onunsa vəziyyəti ideal-stabildir...”
Nevzorov deyib ki, Ukraynanı işğal cəhdi bir nəfərin savaşıdır və əslində bunun ərazi iddiası, düşmənçilik, yaxud dinlə heç bir əlaqəsi yoxdur: “Bunların heç biri yoxdur. Yalnız manyaklıq, konspirologiya və dəlilik var”.
Publisist Putinin necə öləcəyini bilmədiyini, lakin onu öz ətrafının sui-qəsdi, yaxud bin Laden kimi sonluq gözlədiyini istisna etməyib. 
Nevzorov deyib ki, bu müharibə “bir nəfərin tarixi bisavadlığının nəticəsidir” və savaş Putin öləcəyi təqdirdə dərhal dayanacaq: “Qırıcılar bazalarına qayıdacaq, tankların motorları söndürüləcək... Həmin saniyədə hamının yaşamağa məcbur olduğu bu üşütmə bitəcək!”
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Mariupol şəhərində uşaqların olduğu sığınacağa Rusiya tərəfindən bomba atılmasını sərt şəkildə pislədiyinə görə A.Nevzorova qarşı cinayət işi açılıb. Bundan qısa müddət sonra isə Nevzorov gizli şəkildə Rusiyanı tərk etməli olub.
Tarix: 23-03-2022, 14:40
Xəbəri paylaş





Xəbər lenti