Rusiyalı diplomatlar Polşadan çıxarılır


Polşa hakimiyyəti diplomatik statuslarına uyğun gəlməyən fəaliyyətlərinə görə 40-dan çox rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
 
Pravda.az-ın xəbərinə görə, bu barədə Polşanın Onet portal hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
 
Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarin siyahının tərtib edildiyini təsdiqləyib və qeyd edib ki, siyahıda Polşa hakimiyyətinin ölkədən çıxarmağı planlaşdırdığı 45 rusiyalı diplomat var.
 
“Bunlar diplomatik statusla işləyən, lakin əslində Polşaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirən insanlardır”,- deyə o qeyd edib.
 
Xatırladaq ki, Rusiyanın Polşadakı səfiri Sergey Andreyev ölkənin xarici işlər nazirliyinə çağırılıb. Rusiya diplomatik missiyası bu məlumatı təsdiqləyib.
Tarix: 23-03-2022, 14:41
Xəbəri paylaş





Xəbər lenti