Belarus Ukrayna məsələsində geri çəkildi


“Belarus Silahlı Qüvvələri Ukraynadakı müharibəyə qatılmayacaq”.
 

Pravda.az xəbər verir ki, bunu Belarus təhlükəsizlik şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
 
O qeyd edib ki, Belarus silahlı qüvvələri və vasitələri ölkəni yalnız öz ərazisində müdafiə etməyə hazırdır.
 
“Prezident bu barədə danışıb və mən də sizə rəsmi şəkildə bəyan edirəm ki, bizi hər hansı hərbi münaqişələrə cəlb etməyə imkan verməyəcəyik, ancaq öz ölkəmizi, ərazimizi müdafiə edəcəyik”, - deyə o vurğulayıb.
Tarix: 23-03-2022, 14:56
Xəbəri paylaş





Xəbər lenti