Qütbdə 48 trilyon kubmetr təbii qaz uğrunda SOYUQ MÜHARİBƏ


Şimal Buzlu Okeanı 48 trilyon kubmetr təbii qaz və 90 milyard barel neft ehtiyatı ilə 5 ölkənin müharibə meydanına çevrilib.
KONKRET.az TRT Haber-ə istinadən xəbər verir ki, zəngin enerji yataqları ilə dünyanın yeni ticarət marşrutu olan Arktika bölgəsi buzlaqların əriməsi ilə qlobal rəqabət mərkəzinə çevrilir.
Arktikada nələr baş verir?
Rusiya, Kanada, ABŞ, Norveç və Danimarka birbaşa Şimal Buzlu okeanı ilə həmsərhəddir. Bölgədə 48 trilyon kubmetr təbii qaz ehtiyatı olduğu halda, burada hasilat olduqca azdır. Bu potensial dünyanın təsdiqlənmiş neft ehtiyatlarının 6 faizi, təbii qaz ehtiyatlarının isə 25 faizinə uyğundur.
1982-ci ildə BMT-nin Dəniz Hüququ Konvensiyası..
Bölgədə hakimiyyət uğrunda mübarizə 1920-ci illərə təsadüf edir. Lakin 1982-ci ildə BMT-nin Dəniz Hüququ Konvensiyasının imzalanması ilə status dəyişdi. Ölkələr öz kontinental şelflərinə sahib olmaq hüququ qazandılar. Burada enerji ehtiyatları qütb dairəsini əhatə edən Lomonosov dağ silsiləsində cəmləşmişdir. Bu ərazi BMT tərəfindən təyin edilmiş 200 dəniz mili kontinental şelf zonasından kənara düşür. Hər 5 ölkənin enerji ehtiyatlarının yerləşdiyi regionlarda iddiaları var.
Buzlaqlar əriyir, yeni dəniz yolları yaranır…
Bölgəni vacib edən digər amil buzlaqların əriməsi ilə yeni dəniz yollarının yaranmasıdır. Rusiyanın Şimal Buzlu Okeanında 24140 kilometr uzunluğunda sahili var. Bu, regionun ticarət yollarının böyük ölçüdə Rusiyanın nəzarətində olmasını təmin edir.
Nüvə buzqıran gəmiləri…
Rusiya bölgədəki nüvə buzqıran gəmiləri ilə Arktika ticarət yolunu açıq saxlayır. Avropadan Şərqi Asiyaya marşrut 21 min kilometr olduğu halda, Arktika marşrutunun uzunluğu cəmi 12 min 800 kilometrdir. Qeyd edək ki, Arktika ticarət yolu Çin üçün də böyük əhəmiyyət kəsb edir. Bu marşrut həm də Çinin İpək Yolu Layihəsinin dəniz hissəsini təşkil edir. Bu üsulla Çin daha qısa yoldan həm Avropaya, həm də Amerikaya çatmağı hədəfləyir.
Tarix: 24-03-2022, 23:05
Xəbəri paylaş





Xəbər lenti