"NATO anlamalıdır ki, biz bu gün "boz zona"da - Qərb və Rusiyanın arasındayıq, ancaq..."



Böyük diplomatiya günü: NATO, Avropa İttifaqı və "Böyük yeddiliy"in təcili sammitlərində nə müzakirə edilir...
 
Ukraynadakı müharibə artıq bir aydır ki, davam edir və Qərb liderləri bu gün Rusiya prezidenti Vladimir Putinə təzyiq etmək yollarını müəyyən etmək, eyni zamanda Avropa və dünya qarşısında duran iqtisadi və təhlükəsizlik problemlərini həll etmək üçün silsilə görüşlər keçirir. 
 
Bu gün Brüsseldə NATO- nun təcili sammiti, həmçinin "G7"- nin inkişaf etmiş yeddi ölkəsinin və Avropa İttifaqının 27 üzvünün görüşü keçirilir. Gündəlikdə duran məsələlər bunlardır:
 
Yeni sanksiyalar
 
ABŞ müttəfiqlərini Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə təhrik etməyə çaıışacaq. Co Bayden administrasiyasının yeni sanksiyalar variantlarından biri Rusiyanın Dövlət Duması deputatlarına qarşı yönəlib. 
 
Brüsselə uçarkən "Air Force One" təyyarəsinin bortunda Baydenin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə deyib: "Biz, son bir ayda müşahidə etdiyimiz qətiyyət və birliyin lazım olan qədər saxlanılmasını eşitmək istərdik".
 
Görüş ərəfəsində Böyük Britaniya sanksiyalar siyahısını genişləndirib, bu siyahıda müdafiə şirkəti və "Kron Ştat" pilotsuz uçuş aparatı istehsalçısı, dünyada ən böyük almaz çıxaran "ALROSA" şirkəti, "Alfa Bank" və Rusiyanın digər 5 bankı, həmçinin fiziki şəxslərdən neft maqnatı milyarder Yevgeni Şvidler, "Tinkoff" bankının banisi Oleq Tinkov, Rusiyanın ə Əmanət  Bankı İdarə heyətinin sədri German Qref və başqaları daxildir. 
 
Brüsselə baş nazir Boris Consonla birlikdə gələn Böyük Britaniyanın xarici lər naziri Liss Trass bəyan edib ki, "bu oliqarxlar, şirkətlər və muzdlu quldurlar günahsız mülki şəxslərin ölümündə iştirakçıdır və buna görə cavab vermələri düzgün olardı".
 
Baxmayaraq ki, Qərb Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra birlikdə hərəkət edirdi, bu birlik çat verə bilər. Çünki müharibənin nəticələri dünya iqtisadiyyatına təsir edir. Məsələn, bəzi Avropa ölkələri Rusiyanın enerjidaşıyıcılarına embarqo qoyulmasının əleyhinədir. Almaniya kansleri Olaf Şolts sammit ərəfəsində bəyan edib ki, Rusiya tədarükünün məhdudlaşdırılması onun ölkəsinin iqtisadiyyatına xeyli zərər vuracaq. 
 
Müttəfiqlərin danışıqlarının daha bir mövzusu energetika böhranı olacaq. 
 
Energetika böhranı
 
Energetika böhranı hələ müharibədən əvvəl başlayıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və nəticədə iqtisadi sanksiyalarla bağlı daha da dərinləşib. Avropa İttifaqının nümayəndəlıri bəyan edib ki, onlar növbəti qış üçün qaz saxlanclarının doldurulması planının reallaşmasında ABŞ dan yardım istəyəcək, onlar həm də istəyir ki, blok birlikdə qaz alsın. 
 
Baydenin səfərindən öncə Avropa Parlamentində çıxış edən Ursula fon der Lyayen deyib ki Avropa İttifaqı ABŞ- dan növbəti iki qış üçün təbii qazın əlavə tədarükü haqqında öhdəlik almaq istəyir. 
 
Avropa İttifaqı elektrik enerjisinin istehsalı, evlərin qızdırılması və sənayenin təchizatı üçün istifadə edilən təbii qazın 90 faizini idxal edir, bu zaman bunun təxminən 40 faizi və neftin 1/4 hissəsi Rusiyanın payına düşür. Blok tədarükçülərin diversifikasiyası hesabına Rusiya qazından aslılığın azaldılması yollarını axtarır. 
 
Sallivan deyib ki, Birləşmiş Ştatlar tədarükdə fasilələri kompensasiya etmək üçün təbii qazın Avropaya tədarükünün artırılması üsullarını nızərdən keçirir. 
 
NATO- nun şərq cinahı
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi NATO- nun şərq cinahında həm də çox güman ki, yaxın 5- 10 ilə Kremllə effektiv şəkildə qarşıdurmada qüvvələrinin möhkəmləndirilməsi zərurəti ilə qarşı qarşıya- durub. Bu həm də milli büdcələrə təsir göstərəcəkdir. 
 
"Biz çox iş görməliyik, deməli bizə çoxlu investisiya lazımdır. Təcili olaraq liderlər müdafiyəyə investisiyaları surətləndirməyə razılaşacaq"  , - alyansın sammiti ərəfəsində NATO- nun baş katibi Yens Stoltenberq deyib.
 
Sallivan deyib ki, Bayden və onun həmkarları alyansın şərq cinahı ölkələrinə hansı qüvvə və vəsaitlərin tələb edilməsinə dair "uzunmüddətli planın işlənib hazırlanmasına" çalışacaq.
 
NATO- nu adətən 1000- 1500 hərbi qulluqçusu olan 4 yeni döyüş qrupu Macarıstanda, Slovakiyada, Ruminayada və Bolqarıstanda yaradılır. 
 
Polşa və Şərqi Avropanın digər dövlətləri get- gedə Rusiya təcavüzü ilə əlaqədar artan narahatçılıq hissi keçirirlər. Bundan başqa, bu ölkələrin üzərinə qaçqınların qəbul edilməsinin əsas yükü düşür. Son həftələr ərzində Ukraynanı 3, 5 milyondan artıq insan tərk edib. Onların 2 milyondan çoxu Polşaya üz tutub. 
 
Cümə günü Baydenin Polşaya səfəri planlaşdırılır və gözlənilir ki, hər iki məsələ prezident Anjey Duda ilə danışıqların mərkəzində duracaq.
 
Nüvə zərbəsinin mümkünlüyü
 
Vaşinqtondan Varşavayadək milli təhlükəsizlik üzrə məmurlar Putinin kimyəvi, bioloji və hətta nüvə silahı istifadə etməsinə görə get- gedə daha çox narahatçılıq keçirir. Sallivan deyib ki, nüvə silahının mümkün tətbiqi zamanı buna necə reaksiya vermək haqqında müttəfiqlər məsləhətləşmələr aparacaq. 
 
Bayden Brüsselə yola düşməzdən əvvəl  jurnalistlərə deyib ki, onun fikrinə görə, Rusiyanın kimyəvi silahdan istifadə etməsi gerçək təhlükədir.
 
Stoltenberq belə bir zərbənin alyansı Rusiya ilə müharibəyə təhrik edən "qırmızı xətt" olub- olmaması barədə suala cavab verməyib. 
 
"Mən bu məsələ barədə onu deyə bilərəm ki, NATO həmişə NATO müttəfiqi olan ölkəyə istənilən hücuma reaksiya verməyə və onu qorumağa hazırdır", - o deyib.
 
Kremlin mətbuat katibi Dmitri Peskov CNN - ə müsahibəsində deyib ki, Rusiya ölkə üçün "ekzistensial" təhlükə hiss edəcəyi təqdirdə nüvə silahından istifadə edilməsi mümkünlüyü məsələsini nəzərdən keçirə bilər.
 
Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışı
 
Zelenski NATO sammitində videoformatda çıxış edərək bəyan edib ki, Ukrayna Qərb müttəfiqlərindən "əhəmiyyətli addımlar" atılmasını gözləyir.
 
"NATO anlamalıdır ki, biz bu gün "boz zonada" - Qərb və Rusiyanın arasındayıq. Amma biz işıqlı insanlarıq! Biz bir aydır ki, müdafiə olunuruq! Bir aydır ki, qəhrəmancasına müqavimət göstəririk. Bir aydır ki, ən əzablı günləri yaşayırıq. Bir aydır ki, dinc ölkəni və onunla birlikdə qlobal təhlükəsizlik arxitekturasının cəzasız dağılmasını müşahidə edirik. Və bütün bunlar dünyanın gözü qarşısında baş verir", - o, belə deyib. 
 
Zelenski növbəti dəfə alyans qarşısında Ukrayna üzərində uçuşsuz zonanın yaradılması, habelə təyyarə və tankların tədarük edilməsi məsələsini qaldırıb.
 
"Bizim qəti mövqeyimiz bu 3 sammitdə təqdim edilib. Və biz görürük ki, dostumuz kimdir, tərəfdaşımız kim və kim bizi pula satıb", - Zelenski bəyan edib. 
 
Çərşənbə günü axşam o, bütün dünya vətəndaşlarını sülh €&naminə küçələrə çıxmağı və Rusiyanın qanlı müharibəsinə qarşı etiraz aksiyaları keçirmıyə çağırış edib. 
 
"Dünya bu müharibəni dayandırmalıdır, - O ingiliscə deyib. - Ofislərinizdən, evlərinizdən, məktəb və universitetlərinizdən sülh naminə Ukrayna rəmzləri ilə çıxın, Ukraynaya dəstək verin, azadlığa dəstək verin, həyata dəstək verin.
 
Aleksandra Appelberq, "Detali", İsrail

Tarix: 25-03-2022, 07:45
Xəbəri paylaş





Xəbər lenti