Mariupolda ərzaq yardımı: “Gec gələndə tapmırsan”


Mariupolun Rusiyanın nəzarət etdiyi hissəsindəki əhaliyə yardım çatdırılıb.
 
Pravda.az xəbər verir ki, 100-dən çox insan ərzaq qutularını və digər ləvazimatları gətirən yük maşınının önündə növbədə gözləyiblər.
 
İki uşaq anası olan Angelina deyib ki, vaxtında gəldiyi, çörək və ərzaq məhsullarını ala bildiyi üçün xoşbəxtdir: “Gec gələndə tapmırsan”.
 
Dəfələrlə humanitar dəhliz yaradılsa da və müvəqqəti atəşkəs elan edilsə də, Mariupol əhalisini təxliyə etmək mümkün olmayıb.
 
Reuters
Tarix: 25-03-2022, 08:04
Xəbəri paylaş





Xəbər lenti