ABŞ: "Rusiya raketlərinin 60 faizi partlamır" - Biz də demişdik...

ABŞ: "Rusiya raketlərinin 60 faizi partlamır" - Biz də demişdik...Sergey Şoyqu və Vladimir Putin

ABŞ ordusunun hesablamalarına görə, Rusiyanın Ukraynadakı dəqiq idarə olunan raketlərinin 60 faizə qədəri partlamır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Bu, daha kiçik Ukrayna ordusu ilə müqayisədə silahlı qüvvələrinin böyük gücünə baxmayaraq, Rusiyanın bir aylıq döyüşdə niyə ən əsas ilkin məqsədlərinə nail ola bilmədiyini qismən izah edə bilər. Amerika rəsmiləri bu qiymətləndirmə üçün mənbələrin adını çəkməkdən və ya Rusiya raketlərinin partlamamasının səbəblərini açıqlamaqdan imtina ediblər.
Kreml və Rusiya Müdafiə Nazirliyi bu açıqlamanı şərh etmir. Başlama uğursuzluğundan partlamamış döyüş başlığına qədər hər şey uğursuzluq statistikasına daxil edilə bilər.
Amerikalıların məlumatına görə, Ukraynada 1100-dən çox raket atılıb. Onlardan neçəsinin hədəflərinə çatdığını demirlər. ABŞ rəsmilərinin sözlərinə görə, uğursuzluqların sayı gündən-günə dəyişir, bəzən raketlərin  50 faizi və bəzən də 60 faizi partlamır.
Həmçinin bildirilir ki, qanadlı raketlərin təyyarələrdən uğursuz buraxılışları 20-60 faiz təşkil edir. Qərb standartlarına görə, 20 faizdən yuxarı buraxılış uğursuzluqları çox yüksək hesab olunur.
Yeri gəlmişkən:
Qeyd edək ki, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ərazilərinə Ermənistan tərəfindən atılan partlamamış bombalar barədə məlumatlar verilmişdi. Məlumdur ki, silah istehsal etməyən Ermənistan raket və mərmiləri əsasən Rusiyadan alır. Mülki əhalini hədəf alan düşmənin atdığı bombalarar əksər hallarda ya partlamırdı, ya da seçilmiş hədəfə tuş gəlmirdi. Bu da Rusiya hərbi səneye kompleksinin (HSK) istehsal sahəsinin köhnəldiyi barədə fikir yaradırdı. Həmin vaxt ekspertlər belə bir fikir də söyləmişdilər ki, Rusiya HSK-si köhnə silahlardan yaxa qurtarmaq məqsədilə onları Ermənistana verib. Lakin indi Rusiya üçün vacib olan müharibədə - Ukraynada da həmin ssenari təkrar olunursa, demək, problem Rusiya HSK-dədir. Rusiya isə yenilənmək yox, keçmişə qayıtmaq həvəsindədir.
Tarix: 25-03-2022, 15:12
Xəbəri paylaş





Xəbər lenti