"Luka, Ukraynaya qoşun göndərsən, hakimiyyətdə, uzağı, bir ay qalacaqsan..."


Gürcüstanda həbsdə olan ölkənin keçmiş prezidenti Mixail Saakaşvili Rusiyanın Ukraynaya hərbi müdaxiləsində Belarusun mümkün iştirakı ilə bağlı özünü Belarus Respublikasının prezidenti adlandıran Aleksandr Lukaşenkoya müraciət edib.
 

Moderator.az "Gordon"a istinadla xəbər verir ki,  Saakaşvili müraciətinin mətnini martın 25-də "Twitter"də paylaşıb.
 
"Luka, mən sənə heç vaxt pis məsləhət verməmişəm. Əgər Ukraynaya qoşun göndərsən, uzağı, bir aydan sonra hakimiyyətdə olmayacaqsan və işin çox pis olacaq.  Özün yaxşı bilirsən, sənin taleyin Putinin vecinə deyil”  - deyə Gürcüstanın eks-prezidenti yazıb.
Tarix: 25-03-2022, 22:11
Xəbəri paylaş





Xəbər lenti