ABŞ Ukraynaya hərbi yardımın ilk partiyasını çatdırıb



Yaxın günlərdə üç əlavə reys gözlənilir
ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardım paketinin ilk partiyasını çatdırıb.
AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə rəsmisi deyib.
Rəsmi əlavə edib ki, yaxın üç gün ərzində üç əlavə reys gözlənilir.
Təyyarələrin Ukrayna ilə qonşu olan ölkələrə enməsi, oradan silah və sursatların yük maşınları ilə müharibə zonalarına çatdırılması gözlənilir.
Tarix: 26-03-2022, 10:27
Xəbəri paylaş





Xəbər lenti