Makron qazın dəyərinin rublla ödənilməsinə qarşı çıxdı


Fransa Prezidenti Emmanuel Makron Rusiyadan idxal edilən qazın dəyərinin dollarla ödənilməsinə qarşı çıxıb.

Siam.az-ın xəbərinə görə, Fransa lideri bildirib ki, bu yanaşma müqaviləyə ziddir.

“Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta ilə ödənilməlidir. Söhbət avrodan gedir” – deyə Makron qeyd edib.

Dövlət başçısı eyni zamanda təbii qazın qiymətinin aşağı salınmasınında prioritet olduğunu vurğulayıb.

APA
Tarix: 26-03-2022, 10:28
Xəbəri paylaş





Xəbər lenti