Ukraynada BÖYÜK ŞOK: 5 mindən çox Rusiya agenti...



Ukrayna Təhlükəsizlik Xidməti ölkə ərazisində rus agentləri və onlarla əməkdaşlıq edən şəxslərin ifşası ilə bağlı məlumat yayıb.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidmətinin rəhbəri Artem Dextyarenko jurnalistlərə danışıb.
Onun bildirdiyinə əsasən, Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəyə başladığı gündən etibarən Ukrayna xüsusi xidmət orqanları 360-dan çox rus agentini və 5000-dən çox onlarla əməkdaşlıq edən yerli vətəndaşı ifşa edib.
Əməkdaşlıq edənlər arasında Kiyevdəki müdafiə sənayesi müəssisələrindən birinin işçisi olub. Həmin şəxs işçilərin işində Rusiya lehinə təbliğat aparmaqla məşğul imiş.
A.Dextyarenkonun sözlərinə görə, “Ukroboronprom” konserninin əməkdaşı açıq şəkildə işğalçıların hərbi cinayətlərinə haqq qazandırıb və həmkarlarını düşmən ordusuna dəstək verməyə çağırıb. Sözügedən məmur dəfələrlə Rusiya Federasiyasının prezidentindən ona Rusiya vətəndaşlığı verilməsini də xahiş edibmiş.
Həmçinin UTX-nin materiallarına əsasən, Kiyev əhalisini düşmənlə əməkdaşlığa çağıran Rusiya Federasiyası vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyalı casus uzun llər Kiyevdə saxta sənədlərlə yaşayıb və Kremlə yaxın olan bir ideoloqla yaxın əlaqədə olub.
Donetsk vilayətində xüsusi əməliyyat zamanı şərq cəbhəsində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini izləyən Rusiya kəşfiyyat şəbəkəsi ləğv edilib. Agentlərdən biri Slavyanskda, digəri isə Kramatorsk vilayətində saxlanılıb.
Tarix: 31-05-2022, 18:20
Xəbəri paylaş





Xəbər lenti