"Biz müharibənin dayandırılması üçün Rusiyaya maksimal təzyiq göstərəcəyik"


"Avropa ittifaqı faktiki olaraq Moskvaya müharibə elan edib" 
 

"Avropa İttifaqı Ukraynaya 9 milyard avro həcmində yardım ayıracaq" 
 
Avropa İttifaqı ölkələrinə Rusiya neftinin idxalı qismən məhdudlaşdırılacaq.
 
Bu barədə Avropa İttifaqının rəhbəri Şarl Mişel bəyan edib. Məlumatı BBC nəşri yayıb.
 
Altıncı sanksiyalar paketi Rusiyadan neft idxalının 75 faizini əhatə edəcək, ilin sonunadək 90 faiz ixtisar olunacaq. Onun sözlərinə görə sanksiyalar yalnız dəniz vasitəsilə tədarük edilən neftə aid olacaq, neft kəmərləri ilə tədarükə toxunmayacaq. 
 
"Macarıstanın güclü asılılığı olan "Drujba" neft kəməri isə işini davam etdirəcək, lakin bu, müvəqqəti qərardır" - Şarl Mişel vurğulayıb. 
 
Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, yeni məhdudiyyətlər onun ölkəsinə toxunmayacaq. 
 
"Sövdələşmə baş tutub. Macarıstan neft embarqosundan azaddır. Macar ailələri bu gün rahat yata bilər", - baş nazir sosial şəbəkədə belə yazıb. 
 
Altıncı sanksiyalar paketinə Əmanət Bankının SWIFT sistemindən ayrılmasını, Ukrayna ərazisində hərbi cinayətlərdə günahı olanların hesabına şəxsi sanksiya siyahısının genişlənməsini, Avropa İttifaqı ərazisində Rusiyanın 3 dövlət KİV- lərinin fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutur. 
 
Əmanət Bankının SWIFT sistemindən ayrılması beynəlxalq hesablamalarda cari vəziyyəti dəyişməyəcək və rusiyadaxili əməliyyatlara təsir göstərməyəcək, bunu RBK nəşri yazıb. 
 
Qeyd edək ki, SWIFT vahid beynəlxalq standartdan ayrılma bank köçürmələrini mümkünsüz etmir.
SWIFT köçürmə prosesini xeyli sadələşdirir, lakin yeganə mümkün prosedür deyil. Pulları bir bankdan başqasına SWIFT- siz də "qədim" prosedurlarla, məsələn, faks üzrə sifarişlərlə də köçürmək olar. 
 
2014 - cü ildə Rusiyanın iri banklarından biri olan VTB bankının rəhbəri Andrey Kostin Rusiya banklarının SWIFT sistemindən mümkün ayrılmasını Rusiyaya qarşı " faktiki müharibənin elan edilməsi" adlandırıb. Kosten vurğulayıb ki, hadisələrin belə inkişaf edəcəyi təqdirdə Moskvanın "B planı" mövcuddur.
 
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen bəyan edib ki, Avropa İttifaqı Ukraynaya qismən qrantlar və qismən güzəştli şərtlər əsasında kredit formasında 9 milyard avro məbləğində yardım ayıracaq.
 
"Rusiya neftinin ixracına qadağa qoyulması onun hərb maşınının maliyyələşməsinin nəhəng mənbəyini ixtisar edəcək, bu isə Rusiyaya müharibənin dayandırılması məqsədilə edilən maksimal təzyiqdir", - Şarl Mişel "Twitter" səhifəsində yazıb.
Tarix: 31-05-2022, 22:19
Xəbəri paylaş





Xəbər lenti