"Ukraynalıların 78 faizi Rusiyaya heç bir güzəşt etməyə razı deyil..."



Ukrayna vətəndaşlarının əksəriyyəti Ukraynada müharibəni dayandırmaq üçün Rusiyaya güzəştə getmək ideyasını dəstəkləmir.
Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, bunu mayın 30-da İlka Kuçeriv adına Demokratik Təşəbbüslər Fondunun Siyasi Sosiologiya Mərkəzi ilə birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
 
Respondentlər suala bir neçə cavab seçə bilərdilər:
 
"Hərbi əməliyyatlar fonunda Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqlar aparılır. Bu baxımdan Rusiyanın təcavüzün dayandırılmasına razılıq verməsi müqabilində şəxsən siz Ukrayna hakimiyyətinin hansı addımlarını dəstəkləyərdiniz? Ukraynaya qarşı?"
 
78% “Heç bir güzəştin tərəfdarı deyiləm” cavabını seçib. Fevralda belə insanlar 43% idi.
 
May ayında respondentlərin 7%-i NATO-ya üzv olmaq niyyətindən imtina etməyə razılaşıb (fevralda bu, 14% idi).
 
Səslərin 2%-i ilə “işğal olunmuş Krıma su təchizatı bərpa olunsun”, ""Donetsk" və "Luqansk"ın müstəqilliyi tanınsın" və “Krım Rusiyanın bir hissəsi kimi tanınsın” cavabları alınıb.
 
Respondentlərin yalnız 1%-nin başqa cavabları var.
 
Respondentlərin 11%-i bu suala cavab verməkdə çətinlik çəkib.
 
Sultan Laçın
Tarix: 31-05-2022, 22:22
Xəbəri paylaş





Xəbər lenti