Neft embarqosundan Putinin itirəcəyi məbləğ açıqlanıb


Neft embarqosundan Putinin itirəcəyi məbləğ açıqlanıbVladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında

Avropa İttifaqı üzvlərinin razılaşdığı neft embarqosu səbəbindən Rusiya hər il təxminən 10 milyard dollar itirəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin hesablamalarına görə, Rusiya neftinin idxalının təxminən üçdə ikisi dəniz daşımaları hesabına həyata keçirilir. Embarqo tətbiq edildikdən sonra Rusiya hər il 10 milyard dollara qədər ixrac gəliri itirəcək.
Çünki bu qadağa Rusiyanı neftini artıq Brent fyuçers qiymətlərindən təxminən 34 dollar ucuz olan Asiyaya endirimlə satmağa məcbur edəcək.
Rusiyanın loqistika kompaniyalarına tətbiq eilən sanksiyalar xərclərin daha da artmasına səbəb olacaq.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Avropa Şurasının prezidenti Çarlz Mişel Avropa İttifaqı ölkələrinin liderlərinin Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəldiyini bildirib.
"Rusiya neftinin Aİ-yə ixracını qadağan edən saziş. O, Rusiyadan neft idxalının 2/3-dən çoxunu əhatə edir, onun döyüş maşını üçün böyük maliyyə mənbəyini azaldır. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq", - o yazıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı yeni sanksiyalara Rusiyanın üç dövlət televiziyasına qadağa da daxildir. Altıncı paket həmçinin Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT-dən ayrılmasını və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
Artıq Kremil saksiyaların acı nəticələri ilə üzləşir. Ölkədə, əsasən də əyalətlərdə əhali qıtlığın başlanğıcını yaşayır. Qiymətlər hər gün yüksəlir, işsizlik də durmadan artdıqca əhalinin gəlirləri azalır və bu da hələlik passiv olan narazılıqların yaranmasına səbəb olur.
Tarix: 31-05-2022, 23:01
Xəbəri paylaş





Xəbər lenti