Ukrayna savaşında dönüş yarada biləcək ABŞ YARS-ları Rusiyanı niyə belə qorxudur?..


Amerika "MLRS"  Rusiyadakı analoqlarından daha təsirli silahdır...
Amerika "MLRS" Ukraynaya döyüş meydanında üstünlük əldə etməyə və rus işğalçılarına ciddi zərbələr endirməyə kömək edəcək... 
 
ABŞ-dan hərbi yardımın bir hissəsi olaraq, Amerikanın "MLRS"( Yaylım Atəşli Raket Sistemi - YARS- ingiliscə -Multiple Launch Rocket System) yaylım atəşli raket sistemləri Ukraynaya çatdırıla bilər. Bununla belə, ABŞ YARS-larını təchiz edəcək sursat nisbətən qısa atış məsafəsinə malik olacaq. 
 
Moderator.az xəbər verir  ki, bu haqda Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.
 
Nəşr  amerikanın sözügedən raket sistemlərinin necə olduğunu, onların Ukraynadakı müharibənin gedişinə nə cür təsir edəcəyini və Rusiyadakı hədəfləri vura bilib-bilməyəcəyini öyrənməyə çalışıb. ABŞ MLRS (Multiple Launch Rocket System) yaylım atəşli raket sistemlərini qısa mənzilli raketlərlə birlikdə Ukraynaya təhvil verəcək. Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazıb.
 
Nəşrin Ağ Evin yüksək rütbəli rəsmisinə istinadla qeyd etdiyi kimi, prezident Co Bayden Ukraynaya YARS-ların göndərilməsini istisna etməyib, lakin 300 km məsafədəki hədəfləri vura bilən uzaqmənzilli ATACMS ballistik raketlərinin əvəzinə, "MLRS" çox güman ki, təxminən 70 km məsafəni vura bilən yaxın mənzilli raketlərlə təchiz olunacaq.  
 
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol öz "Twitter" səhifəsində "MLRS"-in ötürülməsi ilə bağlı Bayden administrasiyasından dəqiqləşdirici şərh aldığını bildirib.
 
“Ukrayna ukraynalıların hazırda sahib olduqlarından daha uzun mənzilli, lakin Rusiyanın dərinliklərinə zərbə endirə bilməyəcək müasir yüksək dəqiqlikli raketlərin yeni partiyalarını alacaq”, - Makfol belə yazıb.
 
Bununla belə, son günlər  Rusiya siyasi dairələri mətbuatında vəlvələ və çaxnaşma  başlayıb. Nəşrlər Krım körpüsünə və Moskvaya raket zərbələri endirilməsi təhlükəsi haqqında kütləvi şəkildə yazmağa tələsib və alovlu Kreml təbliğatçıları ABŞ və Avropa ölkələrindəki qərar qəbul etmə nöqtələrinə nüvə zərbələri  endirməyi təklif edirlər...
Tarix: 1-06-2022, 09:31
Xəbəri paylaş





Xəbər lenti