“Qazprom” qaz nəqlini dayandırmağa davam edir - sıradakı ölkə budur


Rusiyanın enerji şirkəti "Qazprom" “Shell Energy Europe” və Danimarkanın “Orsted” şirkətlərinə təbii qaz nəqlini tamamilə dayandırıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Qazprom”dan verilən yazılı açıqlamada “Shell Energy Europe” və Danimarka mərkəzli “Orsted” şirkətlərinin Rusiya qazının nəqli üçün lazımi ödənişi rublla etmədiyi bildirilib. 
Aprelin 1-dən etibarən Rusiya qazı üçün ödənişlərin rublla edilməsi tələbi vurğulanan açıqlamada sözügedən ödənişi həyata keçirməyən “Shell Energy Europe” və “Orsted”ə təbii qaz nəqlinin bu gün tamamilə dayandırıldığı qeyd edilib. 
Tarix: 1-06-2022, 13:38
Xəbəri paylaş





Xəbər lenti