Rusiyadan inanılmaz hədə: “ABŞ-a zərbə endirə bilərik”



Rusiya Ukraynanı reaktiv yaylım atəş sistemləri və uzaqmənzilli raketlərlə təchiz edən ABŞ-a hərbi zərbə endirə bilər.
Bunu rusiyalı politoloq Aleksandr Perenciyev deyib.
Onun fikrincə, ABŞ Ukraynanı öz məqsədlərinə çata biləcək silahlarla təmin etmək qərarına gəlsə, Rusiya bunun qarşısını almaq üçün Amerikaya zərbə endirmək məcburiyyətində qalacaq.
Həmçinin Rusiyanın ABŞ-a zərbə endirməyə hazır olub-olmaması ilə bağlı suala Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da cavab verib.
“Buna mənfi baxırıq. ABŞ Kiyev rejimini açıq şəkildə silahla gücləndirir”, - Ryabkov bildirib.
O qeyd edib ki, Kiyevə istənilən silah ötürülməsi Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurma riskini artıra bilər./Teleqraf.com
Tarix: 1-06-2022, 22:05
Xəbəri paylaş





Xəbər lenti