Türkiyəni 6 partiya sədri idarə edəcək


Türkiyəni 6 partiya sədri idarə edəcək 


Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq davam edir. 
Cebhe.info xəbər verir ki, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu seçkilərlə bağlı yeni açıqlaması ilə gündəmə gəlib. O, "Millət İttifaqı"nın seçkilərdə qalib gələcəyi təqdirdə koalisiya hökuməti məntiqi ilə hərəkət edəcəklərini bildirib: 
"Qalib gəlsək, Türkiyəni 6 partiya sədri idarə edəcək. Bizim bir sistemimiz olacaq. Yeni prezident ya 6 liderdən biri olacaq, ya da kənardən seçiləcək. Biz onun da bu prinsiplərə sadiq olmasını istəyirik. Namizəd elan olunandan sonra təkbaşına hərəkət edəcəksə, ortaq namizəd irəli sürməyin nə mənası var? Biz o masada olduğumuz müddətdə yalnız bir namizəd seçilməyəcək. Qarşıdakı dövrdə Türkiyənin taleyi müəyyənləşəcəksə, o taleyin də söz sahibi olacağıq". 
Əhməd Davudoğlunun sözlərinə görə, Türkiyənin 6 partiya sədrinin ortaq iradəsi ilə idarə olunması üçün lazımi hüquqi addımlar atılacaq. 
Tarix: 1-06-2022, 22:43
Xəbəri paylaş





Xəbər lenti