Ukraynanın bu 3 vilayəti iyulda Rusiyaya birləşdiriləcək - Sluçskiy


Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Sluçskiy iyul ayında bir neçə əyalətin Rusiyaya birləşməsinin baş tutacağını açıqlayıb.


Bakupost.az –ın məlumatına görə, siyasətçi Donetsk, Luqansk və Xersonun eyni vaxtda Rusiyanın tərkibinə keçəcəyini bildirib:



“Bu 3 vilayətdə referendumlar keçiriləcək. Əlbəttə ki, nəticələr lehinə olacaq və səsverməyə görə, yerli əhali Rusiyanın tərkibinə keçməyi seçəcək”.


“Bəs Rusiyanın bu regionları idarəetməyə resursu çatacaqmı?” - sualına Sluçskiy əminliklə cavab verib:

“Bu problem deyil. Rusiyanın idarəsində yüzlərlə elə vilayət var. Regionun taleyi 2022-ci ilin iyulunda həll olunacaq. Ola bilər ki, bunların ardınca Zaporojskiy əyaləti də eyni addımı atsın. Regionda sülh, təhlükəsizlik təmin olunduqdan sonra çox vilayətlər bu seçimə gedəcək. Amma bu 3 iri əyalətin taleyi 2022-ci ilin sonuna kimi həll olunacaq”.
Tarix: 1-06-2022, 23:08
Xəbəri paylaş





Xəbər lenti