"Kiyevin silah tədarükü tələbləri əndazəni aşır və bu, təxribatdır" - Rusiya qorxuya düşüb...


Rusiya nüvə təlimləri keçirir
Rusiyanın strateji təyinatlı raket qoşunları (STRQ) İvanovsk vilayətində 100-dək  hərbi qulluqçu və 100-dən çox vahid texnika cəlb edilməklə təlimlər keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə iyunun 1-də Rusiya müdafiə nazirliyinə istinadən SİTA agentliyi məlumat verib.
 
Təlimlərə "Yars" raket kompleksinin avtonom buraxılış qurğuları cəlb edilib.
 
Bu kompleks qitələrarası ballistik, o cümlədən nüvə başlığı daşıyan raketləri buraxmaq qabiliyyətinə malikdir.
 
Müdafiə nazirliyinin məlumatına görə, raketçilər kompleksin döyüş mövqelərinə çıxarılması, 100 km-dək marş, texnikanın yerləşdirilməsi, maskalanma və diversantlarla mübarizə məsələlərini sınaqdan keçirir.
 
Strateji təyinatlı raket qoşunları (STRQ) Rusiyanın qoşun növüdür, onun strateji nüvə qüvvələrinin başlıca tərkib hissəsidir.
 
Bu gün məlum olub ki, ABŞ Ukraynaya cəhbədə vəziyyəti dəyişə biləcək atəş məsafəsi 70 km-dən çox olan silah-HIMARS yaylım atəşli raket sistemlərini (YARS) tədarük edəcək.
 
Bu sistemlər Rusiyanın hücum imkanı verən artilleriyasına qarşı effektiv təsir edəcək.
 
Rusiya qoşunları Ukraynanın şərqində "alov dalğası" taktikasından istifadə edir. Əvvəlcə artileriya atəşləri ilə yaşayış məntəqələri dağıdılır, daha sonra hücumla ələ keçirilir. Bu zaman rusiyalı hərbçilər dinc sakinlər arasında qurbanların olmasına əhəmiyyət vermir.
 
Moskva Ukraynaya yeni silah tədarükü barədə xəbərə əsəbi reaksiya verib. Lavrov bəyan edib ki, Kiyevin tələbləri "bütün əndazələri aşır və bunlar təxribatdır".
Tarix: 2-06-2022, 09:08
Xəbəri paylaş





Xəbər lenti